İdman
"Neftçi" bəyanat yaydı: Həm öz, həm də "Qarabağ" azarkeşlərinə xəbərdarlıq etdi
“Neftçi” Azərbaycan Premyer Liqasının 29-cu turunda qəbul edəcəyi “Qarabağ”la oyundan əvvəl hər iki klubun azarkeşlərinə müraciət edib.
Publika.az xəbər verir ki, Bakı təmsilçisi oyuna böyük marağı nəzərə alaraq, azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və matç zamanı onlar arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlər görməyi planlaşdırır.
“Palms Sports Arena”da keçiriləcək görüşdə Ağdam təmsilçisinin fanatları üçün “Qərb 2” sektoru ayrılacaq. Onlar biletlərini oyun günü – aprelin 26-sı saat 12.00-dan etibarən stadionun “Qarabağ” azarkeşləri üçün xüsusi ayrılmış kassasından əldə edə biləcəklər.
Təhlükəsizlik məqsədi ilə arenanın “Neftçi” azarkeşləri üçün nəzərdə tutulan sektorlarına “Qarabağ” klubunun formasını, şarfını və ya digər rəmzlərini daşıyan azarkeşlərin buraxılmasının qarşısı alınacaq.
“Neftçi” olaraq azarkeşlərin təhlükəsizliyi və oyunun insidentsiz keçməsi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq”, - deyə klubun bəyanatında bildirib.
Qeyd edək ki, sözügedən komandalar arasınd ilk görüş aprelin 26-da saat 19:00-da keçiriləcək. 4 gün sonra komandalar eyni stadionunda yenidən üz-üzə gələcək. Bu dəfə komandalar 21-ci turdan təxirə salınmış qarşılaşma üçün meydana çıxacaqlar
Heybət
-
İdman11:50DÇ-də qalmaqal: Müsəlmanların üstünə spirtli içki tökdülər - VİDEO
-
Magazin211:40Kardaşyan bu dəfə dekoltesi ilə gündəm oldu - FOTO
-
Avropa11:23Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
-
Ekologiya11:04Qazaxa dolu düşdü - FAKTİKİ HAVA
-
ABŞ09:47Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
-
İdman09:19“Qarabağ”ın yeni transferi: Azərbaycanda güclü çempionat var - MÜSAHİBƏ
-
MDB08:24Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
-
İdman08:12Almaniya dünya çempionatlarında rekord qırdı

































