Rusiya XİN-dən çağırış: Azərbaycana gedə bilərsiniz
Bizi izləyin

MDB

Rusiya XİN-dən çağırış: Azərbaycana gedə bilərsiniz

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyi İran və İsraildəki Rusiya vətəndaşlarına maksimum ehtiyatlı olmağı və şəxsi təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edib.

Publika.az xəbər verir ki, Rusiya XİN-i bu barədə öz sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, İranın hava məkanının bağlanması ilə əlaqədar Rusiya vətəndaşları bu ölkədən quru yolu ilə Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana gedə bilərlər.

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanda karantin rejimi ilə əlaqədar İranla sərhədin bağlı olmasına diqqət çəkib: "Astara keçid məntəqəsindən keçmək üçün Azərbaycan hakimiyyətinin birdəfəlik icazələrinin (ən azı 1-2 iş günü) razılaşdırılması üçün [email protected] elektron poçt ünvanına rus və ingilis dillərində tam adı, doğum tarixi, ümumi vətəndaş pasportunun nömrəsi, istifadə müddəti, İrana giriş telefon nömrəsi göstərilməklə, Rusiyanın Tehrandakı səfirliyinə əvvəlcədən ərizə göndərmək lazımdır".

Bundan başqa, məlumatda Astaradan Bakıya getmək üçün avtovağzaldan müntəzəm işləyən avtobus reysləri və Bakıdan Rusiyaya gündə 20-yə qədər birbaşa uçuş barədə informasiya verilir.

İsraildən isə qonşu Misirə ("Menahem Beqin/Taba" sərhəd-keçid məntəqəsi) və ya İordaniyaya (“Şeyx Hüseyn” keçid məntəqəsi) getmək tövsiyə olunub.

Diplomatik qurum İsrail və İrandakı rusiyalılara hərbi və digər dövlət obyektlərinə yaxınlaşmamağı da tövsiyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm