Nida Təhlil
“Caved şah” təbliğatının hədəfi: Pəhləvi İran etirazlarında niyə vitrinə çıxıb?
İrandakı etirazlarda şahın oğlu Rza Pəhləvini dəstəkləyən “Caved şah” şüarlarının səsləndirilməsi iki səbəblə əlaqələndirilir: etirazlarda liderin olmaması və rejimdən xilas olmağın alternativ yolunun olmaması;
Hərçənd, Pəhləvinin İranda etirazçılara təsirləri haqda təbliğ olunan iddialar mifdir.
- Proseslərə təsir edəcək əsas qüvvə olan azərbaycanlılar Pəhləviyə qarşıdır: Güney Azərbaycanın etirazlara gec qoşulması və milli şüarlar səsləndirməsinin əsas səbəblərindən biri də məhz şahın oğlunun “mümkün dönüşü” idi və Təbriz bununla İranda rejimi dəyişdirmək istəyən xarici oyunçulara da mövqeyini çatdırdı;
- Etirazlarda aktivlik nümayiş etdirən və xaricdən dəstəklənən kürdlər də daxil olmaqla digər etniklər şah zülmünün ağır təcrübəsi unutmayıblar;
- Etirazların özəyini təşkil edən bazarlar da 1979-cu ildə taxtdan saldıqları Pəhləviləri dəstəkləmir;
Rza Pəhləvi “vitrinə çıxmaqla” xarici faktorların – ABŞ və İsrailin dəstəyini əldə etmək çalışır. Vaşinqton şahın oğlunun liderliyinə şübhə ilə yanaşır, Tramp bunu açıq şəkildə dilə gətirdi. Çünki Pəhləvi İrandakı etirazlarda “birləşdirici yox, ayırıcı fiqurdur”. Məhz bu obrazına görə Pəhləvinin liderliyində maraqlı olan iki qüvvə var.
Birincisi, Xamenei rejimidir: Pəhləvinin liderliyi etirazçılar arasında fikir ayrılığına səbəb olması baxımından rejimə sərf edir;
İkincisi, İsraildir: Pəhləvinin gəlişi post-rejim İranında Təl-Əvivin planına uyğun olan parçalanmaya yol aça bilər;
Asif Nərimanlı
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)











