"Qiyamət radiosu"ndan müharibə xəbərdarlığı
Bizi izləyin

MDB

"Qiyamət radiosu"ndan müharibə xəbərdarlığı

"Qiyamət radiosu"ndan müharibə xəbərdarlığı

"Qiyamət Radiosu" kimi tanınan "UVB-76" radiostansiyası üç il əvvəl - Ukraynada "xüsusi hərbi əməliyyatın" başlamasına bir ay qalmış yayımlanan iki mesajı təkrar ötürüb.

Publika.az xəbər verir ki, bu barədə stansiyanın fəaliyyətini izləyən “UVB-76 Loqi” "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, "Qiyamət Radiosu" avqustun 25-də Moskva vaxtı ilə saat 13:12-də (Bakı vaxtı ilə 14:12) daha öncə 24 yanvar 2022-ci ildə yayımlanan sirli “nardosaj” sözünü təkrar yayımlanıb.

Moskva vaxtı ilə saat 14:25-də (Bakı vaxtı ilə 15:25) bu mesajın ardınca "puloled" sözü olan başqa bir şifrəli mesaj ötürülüb. Eyni sözü radiostansiya 25 yanvar 2022-ci ildə yayımlamışdı.

Xatırladaq ki, avqustun 12-də "UVB-76" Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın görüşünün dəqiq yeri açıqlanmazdan bir neçə dəqiqə əvvəl müəmmalı mesaj yayımlamışdı: "NZhTI 12687 TOLKOSRAM 9585 4510".

"UVB-76" stansiyası 1970-ci illərdən fəaliyyət göstərir. Radiostansiyanın Soyuq Müharibənin qızğın vaxtında SSRİ-də yaradılan sistemin bir hissəsi olduğu və Rusiya tərəfindən hələ də istifadə edildiyi iddia edilir. Burada vaxtaşırı olaraq rus dilində sadə insanlar üçün anlaşılmaz səsli mesajlar yayımlanır.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm