Dağıstanda zəlzələ belə hiss edildi - ANBAAN VİDEO
Bizi izləyin

MDB

Dağıstanda zəlzələ belə hiss edildi - ANBAAN VİDEO

Dağıstanda zəlzələ belə hiss edildi - ANBAAN VİDEO

"Mash Gor" "Telegram" kanalı Dağıstanda baş vermiş zəlzələyə dair görüntülər yayımlayıb.

Publika.az xəbər verir ki, kadrlarda Dağıstan Oğnı şəhərində yeraltı təkanların başvermə anları əks olunub.

"Mash"ın məlumatına görə, Mahaçqala və Dağıstanın digər şəhərlərində minə yaxın sakin təkrar yeraltı təkanlar və bina uçqunlarından ehtiyat edərək evlərini tərk edib. Seysmik hadisə respublikanın bütün ərazisində hiss olunub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə baş idarəsinin mətbuat xidməti bildirib ki, zəlzələ nəticəsində xəsarət alan və dağıntılar qeydə alınmayıb.

Qeyd edək ki, Xəzər dənizində, Rusiyanın sahil zonasında 5,5 (SHOT 6 bal olduğunu yazıb) bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Moskva vaxtı ilə saat 23:33-də, Dərbənd şəhərindən 51 kilometr məsafədə, 10 kilometr dərinlikdə qeydə alınıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm