MDB
Rusiyanın ən varlı qadını görün kimdir - FOTOLAR
“Wildberries” internet mağazasının yaradıcısı Tatyana Kim “Forbes”in yenilənmiş reytinqinə əsasən Rusiyanın ən varlı qadınları siyahısına növbəti dəfə başçılıq edib.
Publika.az xəbər verir ki, “Wildberries and Russ” (RVB) birləşmiş şirkətin rəhbəri dördüncü dəfə bu siyahıya rəhbərlik edir.
2024-cü ilin sonunda onun ümumi sərvəti 7,1 milyard dollar olub. Ötən ilin ikinci yarısında isə onun məcmu kapitalı 1,6 milyard dollar artıb. 2024-cü il avqustun sonunda “Wildberries”-in yaradıcısının sərvəti 5,5 milyard dollar olaraq qiymətləndirilib.
Reytinqdə ikinci yeri 3 milyard ümumi kapitalla Tatyana Litvinenko tutub. 2022-ci ilin may ayında o, həyat yoldaşı Vladimirdən Rusiyanın ən böyük gübrə istehsalçısı olan “PhosAgro” kimya holdinqinin səhmlərinin beşdə birini (20,6 faiz) alıb.
Üçüncü yerdə isə “Inteco Management”-in prezidenti Yelena Baturina qərarlaşıb. Ekspertlər onun sərvətini 1,3 milyard dollar qiymətləndiriblər. İlk beşliyə həmçinin biznesmen Vladimir Koqanın dul arvadı Lyudmila (1,2 milyard) və Letualın strateji şurasının sədri Tatyana Volodina (1,15 milyard) daxil olub.
-
Magazin120:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
























.jpg)













