MDB
Simonyana qarşı sui-qəsd: İstintaq yekunlaşdı - Məlum olub ki...
Rusiya İstintaq Komitəsi erməni əsilli jurnalist, "RT" telekanalının baş redaktoru Marqarita Simonyana qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işinin istintaqını başa çatdırıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, komitənin sözçüsü Svetlana Petrenko təqsirləndirilən şəxsin 50 min dollar müqabilində cinayəti törətməyə razılaşdığını bildirib.
Bu zaman Simonyanın iş qrafiki haqqında məlumat toplanıb və odlu silah alındıqdan sonra sifarişli qətli həyata keçirmək planlaşdırılıb.
İş üzrə saxlanılan 11 nəfər terror təşkilatı yaratmaq və bu təşkilatda iştirak etmək, terror fəaliyyətinə köməklik və təşviqat, silahlı soyğunçuluq və xuliqanlıq, habelə ekstremizmə ictimai çağırışlarda və etnik nifrətin qızışdırılmasında ittiham olunur. İki müttəhim həm də qanunsuz odlu silah əldə etməyə cəhddə və qətl törətməyə hazırlaşmaqda ittiham olunur.
Qeyd edək ki, istintaq tərəfindən yetərli sübut toplanıb, cinayət işi ittiham aktının təsdiq edilməsi və daha sonra məhkəmələrə göndərilməsi üçün prokurorluğa verilib.
Adəm
-
Nida Təhlil 00:00Meksika - CAR oyununda ilk hissə başa çatdı - YENİLƏNİR
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı
-
Magazin111 İyun 22:24Gülay canlı efirdə ağladı - VİDEO
-
Yaxın Şərq11 İyun 21:48İran Hörmüz boğazını bağlayır
-
Sosial11 İyun 20:36"5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs danışdı / VİDEO
-
Magazin211 İyun 18:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”












.jpg)



















