MDB
Rusiyada nə baş verir?-Bütöv şəhəri qaz və aseton qoxusu bürüdü
Rusiyanın Omsk şəhərində ekoloji problem yaranıb.
Publika.az xəbər verir ki, Omsk sakinləri şəhəri bürüyən qaz və aseton qoxusuna görə kütləvi şəkildə şikayətləniblər. Sakinlər bu barədə qubernator Vitali Xotsenkonun VKontakte səhifəsində yazıblar.
"Omskda necə nəfəs alaq? "Mayak" Ticarət Mərkəzinin yaxınlığındakı Kuzminkidə ekoloji emissiyaya (ekosistemə ziyan vuran, çirkləndirici maddələrin atmosferə, suya və ya torpağa buraxılması-red.) görə qoxu yenidən dəhşətli hal alıb! Sol sahildə olanlar boğulurlar! Həftəsonudur və sakinlər çölə belə çıxa bilmirlər! Real tədbirlər nə vaxt görüləcək??? Ekologiyanın qorunması bizim sağlamlığımızdır! Biz təmiz hava istəyirik!",- Katya Morozova adlı sakin yazıb.
Region qubernatoru hələlik şərhlərə cavab verməyib.
Omsk sakinləri yerli NGS55.RU portalının redaksiyasına da şikayətlərlə müraciət edirlər. Jurnalistlərin məlumatına görə, Marks prospektindəki "Sirk" və "Xlebozavod" avtobus dayanacaqlarında kəskin aseton qoxusu lap çox hiss olunur.
Tural
-
Magazin218:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib



































