MDB
Rusiyadan yeni hədə: Nüvəyə bərabər yeni silahı işə salacağıq!
Rusiyanın məşhur hərbi ekspertlərindən olan Yuri Knutov Ukrayna mövzusunda diqqət çəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, hakimiyyətə yaxınlığı ilə seçilən ekspert Aif.ru-ya bildirib ki, əgər Rusiya öz ərazisinə "Tomahawk" raketindən zərbələrin endirildiyini görsə, Kreml buna tamamilə yeni silahlarla, nüvə silahları qədər güclü ola biləcək sursatlarla cavab verəcək.
O qeyd edib ki, ölkəsi yeni silahlarla cavab atəşinə hazırdır: "Bizdə insanların hələ bilmədiyi müxtəlif sistemlər hazırlanır və təkmilləşdirilir".
Ekspert son günlərin gündəminə çevrilmiş "Tomahawk" raketlərinin işə düşəcəyi ilə bağlı hədələrə sərt reaksiya veriləcəyini bildirib. Belə olan halda ruslar nüvə silahlarına bərabər tutulan dağıdıcı gücə malik silahlardan danışacaqlar. O qeyd edib ki, adı açıqlanmayan silah nüvə gücündə olsa da, onun atom partlayışı kimi mənfi nəticələri olmayacaq.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 23-də diqqət çəkən açıqlamalar vermişdi. O, bildirib ki, Ukrayna Avropa ölkələrindən "Tomahawk" raketləri almağa çalışır.
Tural
-
Magazin218:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib



































