MDB
Nazir vəzifəsindən azad edildi: Korrupsiya QALMAQALI
Ukrayna hökuməti energetika sahəsində korrupsiya ilə bağlı aparılan araşdırmalar fonunda ədliyyə naziri Herman Qaluşenkonu vəzifəsindən azad edib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Yuliya Svırıdenko "Telegram" kanalında məlumat verib.
"Bu səhər biz hökumətin növbədənkənar iclasını keçirdik. German Qaluşenkonu ədliyyə naziri vəzifəsindən kənarlaşdırmaq qərarına gəldik", - Sviridenko yazıb.
Qeyd edək ki, bu vəzifəni müvəqqəti olaraq onun müavini Lyudmila Suqak icra edəcək.
Qaluşenko Nazirlər Kabinetinin qərarına cavab olaraq siyasi qərarla razılaşdığını, lakin öz mövqeyini müdafiə etmək niyyətində olduğunu bəyan edib.
O, sosial şəbəkədə “Hüquqi yolla özümü müdafiə edib mövqeyimi sübut edəcəm” sözlərini yazıb.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Milli Antikorrupsiya Bürosu enerji sektorunda genişmiqyaslı əməliyyatın aparıldığı barədə məlumat vermişdi. İşdə Vladimir Zelenskinin müttəfiqi hesab edilən biznesmen Timur Mindiç də var.
Adəm
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər





































