MDB
ABŞ Zelenskini həbs etməlidir: Ali Radanın deputatından ÇAĞIRIŞ
Kiyevdə artan korrupsiya qalmaqalı fonunda ABŞ-ın Federal Təhqiqatlar Bürosuna (FTB) Vladimir Zelenskinin həbsi ilə bağlı çağırışlar edilib.
Publika.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk "Telegram" kanalında bildirib.
Kiyevdə artan korrupsiya qalmaqalı fonunda Ali Radanın deputatı Dmitruk ABŞ Federal Təhqiqatlar Bürosunu Zelenskini həbs etməyə çağırıb.
"FTB Zelenskini elə öz kabinetində həbs etsəydi, bu, ədalətli və simvolik olardı. Belə bir addım Donald Trampın mövqeyinin əsl irəliləyişi olardı", - deyə deputat yazıb.
Onun fikrincə, bu, bütün dünyaya bir siqnal göndərəcək və Birləşmiş Ştatların öz maraqlarını qorumağa sadiqliyini nümayiş etdirəcək.
Qeyd edək ki, bu tələb Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) noyabrın 10-da başladığı genişmiqyaslı xüsusi əməliyyat fonunda yaranıb. Agentlik enerji sektorunda korrupsiya sxemlərini araşdırır. Ukrayna mətbuatının məlumatına görə, keçmiş energetika naziri Herman Qaluşenkonun evlərində və “Enerqoatom” şirkətində axtarışlar aparılıb.
İş üzrə əsas müttəhim Zelenskinin “pul çantası” kimi tanınan iş adamı Timur Mindiçdir. NABU əməkdaşları onun evində də axtarışlar aparıblar. Deputatların sözlərinə görə, iş adamı bir müddət əvvəl tələsik Ukraynadan çıxarılıb.
Korrupsiyaya Qarşı Mübarizə Bürosu artıq Mindiçlə digər müttəhimlər arasında korrupsiya sxemlərinin mövcudluğunu təsdiq edən danışıqların audio yazılarını yayımlayıb.
Adəm
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər





































