MDB
Qəbiristanlıqda sui-qəsd: Ukrayna kəşfiyyatı Rusiyanın dövlət məmurunu öldürmək istədi
Moskvada Troekurovskoye qəbiristanlığında Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırılan yüksək rütbəli rusiyalı məmurun öldürülməsinin qarşısı alınıb.
Publika.az xəbər verir ki, bu barədə FSB məlumat yayıb.
“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti, Rusiyanın yüksək rütbəli dövlət məmuru Troekurovski qəbiristanlığında yaxın qohumunun dəfnində iştirak edərkən ona qarşı Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırılan terror aktının qarşısını alıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, Ukrayna xüsusi xidmət orqanları terror aktını törətmək üçün 4 nəfəri cəlb edib.
“Müəyyən edilib ki, Ukrayna xüsusi xidmət orqanları dövlət məmuruna sui-qəsdin hazırlanması üçün Mərkəzi Asiya regionundan qeyri-qanuni miqrantı və Moskvada saxlanılan əvvəllər məhkum olunmuş Rusiya Federasiyasının iki narkoman vətəndaşını, habelə Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən yenidən axtarışda olan 1979-cu ildə anadan olmuş Şəmsov Cəloliddin Qurbanoviçi cəlb ediblər”, - FSB-nin bəyanatında deyilir.
Tural
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı





































