MDB
Zelenskinin dostunu Rusiya bu yola vadar edib: Kiyevdən sensasion iddia
Ukrayna prezidenti Vladimir Zelenskinin yaxın adamı olan biznesmen Timur Mindiçlə bağlı korrupsiya qalmaqalında Kiyevin daxili problemləri deyil, Rusiya günahkardır.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının rəhbəri Mixaylo Podolyak özünün “X” sosial media hesabında yazıb .
"Təəssüf ki, enerji sektorunda korrupsiya ilə bağlı araşdırma xəbəri təəccüblü deyil. Bu, Ukraynanın Rusiyanın təsir dairəsində olduğu keçmişin məntiqi əks-sədasıdır", - siyasətçi yazıb.
Podolyak həmçinin iddia edib ki, Ukrayna hərbi münaqişələr zamanı antikorrupsiya araşdırmalarının aparıla biləcəyi azsaylı ölkələrdən biridir. O əmin edib ki, bu, Ukrayna dövlətçiliyinin dağılmasının əlaməti deyil.
Noyabrın 10-da Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) əməkdaşları prezident Vladimir Zelenskinin dostu və keçmiş biznes tərəfdaşı Timur Mindiçin evində axtarış aparıblar. Lakin təhlükəsizlik qüvvələri iş adamını evdə tapa bilməyib - o, bir neçə saat əvvəl ölkəni tərk edib.
Tural
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı





































