MDB
Ukrayna ordusu Zaporojyedə bu əraziləri itirdi
Ukraynanın Zaporojye və Dnepropetrovsk vilayətinin cənubunda şiddətli döyüşlər davam edir. Rusiya ordusu hücumlarının, kütləvi artilleriya atəş zərbələrinin intensivliyini azaltmır.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələri məlumat yayıb. Xüsusilə, son 24 saat ərzində Zaporojye vilayətinin Aleksandrovsk və Qulyapol istiqamətlərində döyüş toqquşmaları qeydə alınıb.
Döyüş birləşmələrinin yenidən təşkili, təmas xəttinin konfiqurasiyasının dəyişdirilməsi və hərbi qulluqçuların həyatını qorumaq məqsədilə Ukrayna ordusunun bölmələri Novovasilyevsk kəndindən daha əlverişli müdafiə mövqelərinə çəkilib.
"Düşmənin irəliləməsinin qarşısını almaq və zərər vurmaq cəhdləri davam edir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, son vaxtlar Ukrayna ordusu Zaporojye vilayətinin Rovnopol, Novouspenovsk, Novoye, Oxotniçye, Uspenovka və Novomıkolayevka kəndləri yaxınlığındakı mövqelərini geri çəkməyə məcbur olublar.
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı





































