MDB
Rusiya sovet dövrünə qayıdır: Dron hücumlarını xalqa radio ilə elan edəcəklər
Rusiyada növbəti dəfə müharibə ilə bağlı maraqlı qərar verilib. Bundan sonra Belqorod vilayətinin Qrayvoronski rayonunun sakinlərinə dron hücumları barədə radio vasitəsilə məlumat veriləcək.
Publika.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat yayıb.
"Biz Qrayvoronski rayonunda "Mir Beloqorya" və "Radio Z" radio tezliklərində dron hücumu barədə xəbərdarlıqların verilməsini elan etmişik. Başa düşürük ki, bölgəyə yaxınlaşan dronlar haqqında bu cür məlumat insan həyatını xilas edir və bu qərarı vermək tamamilə zəruri idi", - deyə o yazıb.
Qladkov əlavə edib ki, bu məlumat xüsusilə sərhəd bölgələrində aktualdır.
Qeyd edək ki, bənzər xəbərdarlıq əvvəllər Volokonovski rayonunda da tətbiq edilmişdi.
Bu cür metodlar ötən əsrdə də tətbiq edilib. Hələ SSRİ dövründə, 1941-45-ci illərdə yaxınlaşan düşmən təyyarəsi, aviahücumlar barədə xəbərdarlıq küçələrə quraşdırılmış səsgücləndiricilər, həyəcan siqnalları vasitəsilə elan edilirdi.
Tural
-
Region01:11Fulya Öztürk Leyla Əliyeva ilə bir arada - VİDEO
-
Magazin200:30Türk aparıcı 11 saat qaranlıq qutuda qaldı
-
Magazin214 Noyabr 22:48Emma kameralar qarşısında yıxıldı - FOTO
-
Art14 Noyabr 22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman14 Noyabr 21:24Sambo üzrə idman ustası başından güllələndi
-
İdman14 Noyabr 21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
-
Sosial14 Noyabr 21:00Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
-
İdman14 Noyabr 20:36Dünya çempionu prezidentliyə namizəd oldu





















.png)














