MDB
Nazirlər Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət etdilər
Mərkəzi Asiya ölkələri və Azərbaycanın xarici işlər nazirləri Özbəkistanın paytaxtı Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət ediblər.
Publika.az xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov "X" sosial şəbəkəsində yazıb.
O vurğulayıb ki, Mərkəz regionun ən mühüm mədəni və təhsil layihələrindən biridir.
"Bu möhtəşəm mərkəz xalqlarımızın əsrlər boyu bütün İslam dünyasında elm, fəlsəfə, incəsənət və ilahiyyatın inkişafına verdiyi töhfələri özündə cəmləşdirən misilsiz intellektual irsi təcəssüm etdirir. Bizim səfərimiz bir daha xatırlatdı ki, biz yalnız ortaq tarix deyil, həm də ortaq gələcəyi bölüşürük. Mədəni əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və ümumi sivilizasiya irsimizin təbliği regional əməkdaşlığın əsas dayaqları olaraq qalır", – B. Saidov qeyd edib.
Qeyd edək ki, bu gün Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının 7-ci Məsləhətçi görüşü keçirilib. Görüşdə Azərbaycanın formatın tamhüquqlu iştirakçısı olması barədə qərar qəbul olunub.
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı



































