MDB
Rusiyanın xarici borcu açıqlandı: Adambaşına bu qədər düşür
Rusiyanın xarici borcu ÜDM-ə nisbətdə üçüncü rübdə yenidən azalıb və hazırda təxminən 14 faiz təşkil edir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu (RBIF) məlumat yayıb.
Qeyd olunur ki, göstərici indiyədək yalnız bir dəfə 2024-cü ilin sonunda daha aşağı səviyyəyə düşərək 13,3 faizə çatmışdı. Son rübdə isə borc əlavə 0,7 bənd azalıb. Adambaşına düşən borc da azalıb: 2195 dollardan təqribən 2087 dollara enib.
Xatırladaq ki, 1999-cu ildə Rusiyanın xarici borcu ÜDM-in 91 faizinə qədər yüksəlmişdi, 2013-cü ildə isə adambaşına düşən borc 5 min dolları keçmişdi. 2025-ci il oktyabrın 1-nə olan məlumata görə, ümumi xarici borc təxminən 305 milyard dollardır və bu məbləğ son rübdə demək olar ki, 5 faiz azalıb.
“Rusiya iqtisadiyyatının ölçüsünə nisbətdə borc yükü ən aşağı olan ölkələrdən biri olaraq qalır. Müqayisə üçün: İtaliyada bu göstərici 137 faiz, Fransada 111 faiz, İspaniyada isə 100 faizdən yuxarıdır. İngiltərə, Almaniya, Polşa və Türkiyənin də borc nisbəti yüksəkdir”, - deyə RDIF-in baş direktoru Kirill Dmitriev bildirib.
Adəm
-
Ekologiya19:36Kür və bəzi dağ çaylarında vəziyyət necədir?
-
Sosial19:24Bu xanıma yüksək vəzifə verildi
-
İKT19:00Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı
-
Səhiyyə18:48Yeni Klinikanın direktoru işdən azad edilib? - RƏSMİ
-
MDB17:21Çörək pulu istəyirdi: Qadın 6 yaşlı oğlunu satmaq istəyərkən saxlanıldı
-
Sosial17:05Pensiya alanların nəzərinə
-
Rəsmi xronika16:31İlham Əliyev fərman imzaladı
-
Sosial15:24Yaz havasının şıltaqlığı: Sinoptiklər də çaşbaş qalıblar
























.jpg)









