MDB
Ukrayna ordusu bu şəhəri rus döyüşçülərdən təmizlədi
Ukraynalı müdafiəçilər Pokrovsk şəhərinin mərkəzində mövqelərini qoruyub saxlayırlar və Rusiya hərbçilərini dəmiryol vağzalı, pedaqoji texnikum və “Sobornı” meydanı ətrafındakı ərazilərdən təmizləyiblər. Ruslar şəhərdə möhkəmlənə bilmirlər.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 7-ci Hava Desant Hücum Korpusu teleqram kanalında məlumat yayıb.
"Ukrayna müdafiə qüvvələri düşməni saxlayır və Pokrovskda rusları məhv etmək üçün axtarış-zərbə əməliyyatları aparır. Şəhərin mərkəzində mövqelərimiz qorunur, atışmalar davam edir, düşmən mövqe tuta bilmir", - Hava Desant Hücum Korpusu bildirib.
Hücum qrupları 7-ci Hava Desant Hücum Korpusunun məsuliyyət bölgəsindəki digər bölmələrlə əməkdaşlıq edərək, şəhərin mərkəzində düşməni məhv etmək üçün yerləşdirilməyə davam edir.
Qeyd olunur ki, bu, şəhərin şimal hissəsində Rusiya ordusunun öz qüvvələrini artırmaq cəhdlərinin qarşısını almağa imkan verib. Dəmir yolu ilə şəhərin şimal hissəsinə keçmək cəhdləri Rusiya ordusunun maksimum itki verməsinə səbəb olur.
Xatırladaq ki, Pokrovsk şəhəri uzun müddətdir Donetsk vilayətində döyüşlərin mərkəzi olub. Rusiya əlverişsiz hava şəraitindən, xüsusən də sıx dumandan istifadə edərək Donetsk vilayətinin Pokrovsk şəhərinə nüfuz ediblər. Hazırda şəhərdə 300-dən çox rus hərbçisi var.
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar



































