MDB
Zelenski: Sülh planı üzrə görüşlər başladı
Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrədə Ukrayna, ABŞ və Avropa İttifaqı nümayəndələri arasında müharibənin dayandırılması ilə bağlı danışıqların başladığını bildirib.
Publika.az xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında məlumat yayıb:
"İsveçrədə komandalar sülhə aparan addımlar üzərində işləyir. Diplomatiyanın aktivləşməsi sevindiricidir. Ümid edirəm, bu görüşlər müsbət nəticə verəcək", – o qeyd edib.
Dövlət başçısı iştirakçı tərəflərin konstruktiv mövqe nümayiş etdirəcəyinə ümid etdiyini vurğulayıb.
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak da Avropa və ABŞ-nin yüksək vəzifəli rəsmiləri ilə görüşlərin keçirildiyini təsdiqləyib:
"Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik məsləhətçiləri ilə ilk görüşümüzü keçirdik. Növbəti görüş ABŞ nümayəndə heyəti ilə olacaq", – o bildirib.
Qeyd edək ki, danışıqlar Vaşinqtonun Ukrayna üzrə sülh planı çərçivəsində aparılır. Bu planın detalları Qərb mediasında geniş müzakirə olunur. Bildirilir ki, bəzi Aİ ölkələri layihənin bir sıra bəndlərinə etiraz edib və yenidən işlənməsini tələb edir.
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək


































