MDB
Sabiq tərəfdaşından Zelenskiyə xəbərdarlıq: Hər bir sonrakı əvvəlkindən pis olacaq
Ukrayna münaqişəsinin həlli üçün Kiyevə təklif edilən hər bir sonrakı razılaşma əvvəlkindən daha pis olacaq, çünki Ukrayna ordusu cəbhə xəttində uduzur.
Publika.az xəbər verir ki, bunu sosial şəbəkədə Ukrayna prezidenti Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel bildirib və ona mövcud sülh təşəbbüslərini qəbul etməyi gecikdirməməyi tövsiyə edib.
“Biz insanları, əraziləri və iqtisadiyyatı itiririk”, - deyə Ukrayna liderinin ofisinin keçmiş əməkdaşı vurğulayıb.
O əlavə edib ki, bir çoxları hər hansı sülh nizamlanmasına qarşı çıxanda Ukraynanı müdafiə etdiklərinə inanırlar.
"Onlar hazırda cəbhə xəttində və ölkə daxilində həqiqətən nə baş verdiyini bilmirlər", - deyə Mendel yazıb.
Sonda o, ABŞ-ın Ukraynaya dair sülh planının mümkün qədər tez qəbul edilməsinə çağırıb və qeyd edib ki, Aİ ölkəyə “kifayət qədər” dəstək vermək imkanlarına malik deyil.
Tural
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək


































