MDB
Kiyev razılaşmadı: Sülh planına bu dəyişikliklər edildi
Cenevrədə ABŞ ilə danışıqlar zamanı Ukrayna nümayəndə heyəti Vaşinqtonun sülh planının Kiyev üçün əlverişsiz olan əksər bəndlərinə düzəlişlər edə bilib.
Publika.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” diplomatik mənbələrə istinadən məlumat yayıb.
“Cenevrədə nümayəndə heyətləri ABŞ-ın planının əksər müddəaları üzrə razılığa gəldilər və mübahisəli olanların əhəmiyyətli bir hissəsini düzəldə bildilər”, – nəşrdə qeyd edilir.
Qeyd olunur ki, xüsusilə, Kiyev Ukrayna Silahlı Qüvvələrinin sayı və Zaporojye Atom Elektrik Stansiyasına nəzarət, məhbus mübadiləsinin formatı, məhkumların qaytarılması məsələlərində mövqeləri Amerika nümayəndə heyəti ilə razılaşdıra bilib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, Amerika və Ukrayna nümayəndə heyətləri Ukrayna üçün sülh planına düzəlişlər etmək və iki ölkə liderlərinin bu dəyişiklikləri təsdiqləməsi üzərində işləyirlər. O qeyd edib ki, Rusiya tərəfi bu prosesdə iştirak etmir, çünki Vaşinqton Ukrayna böhranının həllində Moskvanın prioritetlərindən xəbərdardır.
Tural
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək


































