MDB
Ukrayna kritik məqamdadır: Zelenski dünyaya səsləndi
Ukrayna hazırda kritik məqamdadır.
Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
O deyib ki, mediada çoxlu səs-küy və siyasi təzyiq var: "Biz indi özümüzü kritik anda görürük. ABŞ, avropalı tərəfdaşlarımız və bir çox başqaları ilə çox sıx işləyirik, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoya biləcək və hamıya real təhlükəsizlik gətirə biləcək addımları müəyyənləşdiririk".
Zelenski bu yanaşmanı bütün dünyaya yayaraq, Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı tələblərini qanuni şəkildə rəsmiləşdirməyə çalışan Rusiyanın yaratdığı təhlükədən danışıb.
"Mediada böyük səs-küy var, çoxlu siyasi təzyiq var və daha çox məsuliyyət Putinin tətbiq etmək istədiyi qərardadır. Bu, əsas problemdir. Bunun nə demək olduğunu hamımız başa düşürük. O, bunu təkcə Ukraynadan deyil, bütün dünyadan istəyir. Bu, son dərəcə təhlükəlidir", - Ukrayna prezidenti vurğulayıb.
Zelenski bildirib ki, Ukrayna ABŞ-la koordinasiyada bütün məhbusların azad edilməsi və oğurlanmış uşaqların geri qaytarılması üçün addımlar atır.
"Biz tərəfdaşlarımızla, ilk növbədə ABŞ-la işləməyə davam edəcəyik, bizi zəiflədəcək deyil, gücləndirəcək kompromislər axtaracağıq. Və biz "təcavüzə məhəl qoymamaq olarmış" kimi davranmağın nə qədər təhlükəli olduğunu izah etməyə davam edəcəyik", - Zelenski qeyd edib.
Sonda Zelenski bütün dünyaya çağırış edib: "Rusiyanın aktivlərinin dondurulması qərarı vacibdir. Sizdən bu qərarı dəstəkləməyinizi xahiş edirəm. Və Rusiyaya qarşı təzyiqləri davam etdirin".
Adəm
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı
















.jpg)



















