MDB
Şirkət rəhbəri işçilərinin valideynlərinə hər ay 50 MİN BONUS VERƏCƏK - FOTO
Alkoqolsuz içkilər istehsalçısı "Galanz Bottlers" şirkətinin sahibi Tursenqali Alaquzov əməkdaşlarının valideynlərinə pensiya əlavəsi ödəyəcəyinə söz verib.
Publika.az xəbər verir ki, bu barədə iş adamının həyat yoldaşı, prodüser və aktrisa Bayan Alaquzov "Instagram" hesabında paylaşım edib.
Alaqüzov səxavətli hədiyyəni təkcə şirkət əməkdaşlarına deyil, onların ailə üzvlərinə də ünvanlayıb. Korporativ tədbir zamanı o elan edib ki, yeni ildən etibarən yaşı 65-dən yuxarı olan əməkdaşların valideynlərinə hər ay pensiyalarına əlavə olaraq 50 min tenge ödəyəcək.
İş adamı bununla yaşlı insanlara “şirkət üçün dəyərli bir insan yetişdirdiklərinə görə” təşəkkür etmək istədiyini bildirib.
Alaquzovun həyat yoldaşı ərinin təşəbbüsü ilə bağlı paylaşımını “Səninlə qürur duyuram, sevgilim” sözləri ilə müşayiət edib. Qazaxıstan KİV-lərinin yazdığına görə, Alaquzov daha əvvəl şirkətində uzun illər çalışan əməkdaşlarına təşəkkür məqsədilə Almatıda 100 mənzil də hədiyyə edib.
Xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin əksəriyyəti biznesmenin təklifini böyük rəğbətlə qarşılayaraq, digər şirkətlərin də bu cür yanaşmanı tətbiq etməli olduğunu qeyd ediblər.
Hüseyn İbadlı
-
ABŞ15:46Tramp: "Mən gedəndən sonra hamınız müflis olacaqsınız..."
-
MDB14:14Taksi sürücüsünə qəribə cərimə yazıldı - Yolda namaz qılıbmış
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
MDB13:56Fransız tarixçi niyə Rusiya vətəndaşlığını seçdi? - İlginc səbəb
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər






















.jpg)













