MDB
Ruslar pivədən də imtina edirlər: Səbəbi bəllidir
2025-ci ilin sonuna qədər Rusiyada pərakəndə pivə satışları 16,7 faiz azalaraq 607,06 milyon dekalitra, pivə əsaslı içki satışları isə 8,3 faiz azalaraq 95,5 milyon dekalitra düşüb.
Publika.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti Alkoqol, Tütün və Tütün Nəzarəti üzrə Federal Xidmətin (Rosalkogoltobakkontrol) məlumatlarına istinadən məlumat yayıb.
Distribütor” SVAM Group” və “Gletcher” pivə zavodunun həmtəsisçisi İqor Xavski qiymət artımının əsas səbəbinin aksiz vergilərinin planlaşdırılmamış artırılması ilə bağlı qiymətlərin artması olduğunu düşünür. 0,5%-dən 8,6%-ə qədər olan pivə üçün vergi dərəcəsi 2025-ci ilin əvvəlində 11% artırılaraq litri üçün 30 rubla çatdırılıb. 2026-cı ilin əvvəlində isə 33 rubla (artım 10%) qaldırılıb.
Bundan əlavə, onun sözlərinə görə, bu tendensiya qanunvericiliyin sərtləşdirilməsi, yəni məhsulun paylama kanallarını azaldan spirtli içkilərin satışına regional məhdudiyyətlər ilə daha da çətinləşib.
Spirtli içkilər bazarı üzrə ekspert Aleksey Nebolsin təsdiqləyib ki, Rusiyada spirtli içki lisenziyası olan mağaza və iaşə müəssisələrinin sayı son bir ildə 4,6 faiz azalıb. Əhalisi bir milyondan çox olan Rusiya şəhərlərində ixtisaslaşmış spirtli içki mağazalarının sayı isə 7 faiz azalıb.
Satışların azalması artıq spirtli içki istehsalçılarına təsir göstərir. Onlar investisiya proqramlarını nəzərdən keçirir və aktivlərini yenidən qiymətləndirirlər. Xavskinin sözlərinə görə, pivəbişirmə bizneslərindən imtina etməyi düşünənlərin sayı 2026-cı ildə arta bilər.
Tural
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
-
Hadisə06:46Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü












.jpg)























