Dünya
Kanada ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşıb
Kanada hökuməti son bir ildə ABŞ-ın ölkəyə mümkün hərbi müdaxiləsi ilə bağlı hazırlıq tədbirləri görüb.
Publika.az “The New York Times”a istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni qəzetə müsahibəsində deyib.
Karni bildirib ki, Ottava belə bir ssenarinin reallaşma ehtimalını çox aşağı qiymətləndirib. Bununla belə, onun sözlərinə görə, yüksək vəzifəli şəxslər başvermə ehtimalı minimal olan fövqəladə riskləri də nəzərdən keçirməlidirlər.
"Bu, əsas ssenari deyil, lakin buna hazırlaşmamaq məsuliyyətsizlik olardı”, - deyə o əlavə edib.
Baş nazir vurğulayıb ki, ABŞ-ın Kanadaya müdaxiləsi əsas ssenari kimi qəbul edilmir. O, görülən tədbirlərin yalnız mümkün risklərin izlənilməsi və onlara hazırlıq məqsədi daşıdığını qeyd edib.
Karni ABŞ Prezidenti Donald Trampın Kanadanın ABŞ-ın 51-ci ştatına çevrilməsi ilə bağlı açıqlamalarını da şərh edib. Onun sözlərinə görə, Kanada ABŞ-ın “Starlink” peyk rabitə sistemindən asılılığını azaltmaq üçün diversifikasiya siyasəti yürüdəcək və bu istiqamətdə Avropa ölkələri, eləcə də Cənubi Koreya ilə əməkdaşlığı genişləndirəcək.
“The New York Times”ın məlumatına görə, Ottava ABŞ istehsalı olan 88 ədəd F-35 qırıcısının alınması planına da yenidən baxır. Kanada alternativ olaraq Avropa istehsalçılarından hərbi təyyarələrin alınmasını nəzərdən keçirir.
Karni qlobal maliyyə sisteminin ABŞ dollarından yüksək asılılığını da qeyri-sabitlik amili kimi qiymətləndirib. Bununla yanaşı, o, Donald Trampla münasibətlərinin yaxşı olduğunu və tərəflərin müxtəlif məsələləri müzakirə etmək üçün bir-biri ilə əlaqə saxladığını bildirib.
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB30 Oktyabr 14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 30 Oktyabr 13:30Əli Əsədov qərar imzaladı











.jpg)



.jpg)

















.jpg)
.jpg)