MDB
Dəhşətli qətl: İş adamının cəsədini parçalayıb beş yerdə basdırdılar - FOTO
Tailandda Rusiya vətəndaşı Mixail Yemelyanov qətlə yetirilib, cəsədi isə hissələrə parçalanıb.
Publika.az xəbər verir ki, Yemelyanov iki il əvvəl Rusiyanın Sankt-Peterburq şəhərindən Tailandın Pattaya şəhərinə köçüb. Onun Pattayada kannabis satışı ilə məşğul olan mağazası olub. Bu ilin yanvar ayının əvvəlində Yemelyanov itkin düşüb.
İtkin düşən şəxsin anasının sözlərinə görə, oğlu Rusiyadan olan iki kişi ilə müəyyən sövdələşməni müzakirə etmək üçün görüşməyə hazırlaşırmış. Yemelyanov həmin şəxslərin davranışlarını hədələyici kimi qiymətləndirib və təhlükə hiss etdiyini bildirib. O, anasına öz geolokasiyasını da göndərib.
Daha sonra Yemelyanov Bangkok şəhərinə getdiyini bildirən son mesajını yazıb. Həmin vaxtdan sonra ondan heç bir xəbər alınmayıb. "Telegram" kanalının məlumatına görə, kişi öldürülüb, cəsədi isə hissələrə parçalanaraq Soy Phatthanakan gölü yaxınlığında beş müxtəlif yerdə basdırılıb.
Qeyd edilir ki, qətlin motivi borc məsələsi ola bilər. Belə ki, Yemelyanovdan 120 min dollar tələb olunduğu bildirilir. Faktla bağlı bir nəfər saxlanılıb. Polis hadisədə iştirak etmiş digər şəxslərin axtarışını davam etdirir. (Oxu.az)
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
-
Hadisə06:46Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı















.jpg)





















