MDB
Rusiyada barlar bir-birinin ardınca bağlanır: Səbəb əhalinin...
Rusiyanın əhali sayı etibarı ilə milyonluq şəhərlərində barların sayı sürətlə azalır. Əhalinin xərclərini ixtisar etməsi nəticəsində bu il yüzlərlə belə obyekt fəaliyyətini dayandırıb.
Publika.az xəbər verir ki, avqust ayına olan məlumata görə, bu tip şəhərlərdə 5900 bar fəaliyyət göstərib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6% azdır. Ən çox bar Moskvada (14%) və Krasnodarda (10%) bağlanıb.
Barların bağlanması ictimai iaşə sektorundakı ümumi böhranın tərkib hissəsidir. Bildirilib ki, ilin ilk iki ayında ölkədə 7300 iaşə obyekti fəaliyyətini dayandırıb ki, bu da ötən illə müqayisədə 29% çoxdur. Sektorda ziyarətçi sayının orta hesabla 10-15%, bəzi müəssisələrdə isə 30-40% azalmasından şikayətlənirlər.
Mütəxəssislər bunu əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi, xərclərin, vergi və icarə yükünün artması ilə əlaqələndirirlər. Ruslar daha çox evdə istirahət etməyə üstünlük verdiyindən barların müştəri cəlb etməsi də çətinləşib.
Son vaxtlar xüsusilə iş günlərində ziyarətçi axınının azalması müşahidə olunur. Barların əsas gəliri isə əsasən cümə və şənbə günlərində əldə edilir. Bundan əlavə, rusların alkoqollu içkilərə marağının da 2024-cü ildən etibarən azalması tendensiyası qeydə alınır.
Ekspertlərin fikrincə, əhalinin xərcləri azalmağa davam edərsə, yaxın gələcəkdə Rusiyada daha çox bar bağlana bilər.
Müəllif: Adəm
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































