Rusiya Ukrayna limanlarına və Qara dənizdəki gəmiyə zərbə endirdi
Bizi izləyin

MDB

Rusiya Ukrayna limanlarına və Qara dənizdəki gəmiyə zərbə endirdi

Rusiya Ukrayna limanlarına və Qara dənizdəki gəmiyə zərbə endirdi

Noyabrın 18-nə keçən gecə Rusiya Ukraynanın liman infrastrukturuna və Silahlı Qüvvələrin təchizatında istifadə olunan dəniz gəmilərinə zərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum pilotsuz uçuş aparatları ilə həyata keçirilib. Hədəflərdən biri İzmail limanı olub. Burada Ukrayna ordusu üçün nəzərdə tutulan hərbi yüklərin boşaldılması və saxlanılmasında istifadə edilən infrastruktur obyektləri vurulub.

Bundan başqa, Qara dənizdə Ukrayna Silahlı Qüvvələri üçün ikili təyinatlı yükləri Yujnı limanına daşıyan quru yük gəmisinə zərbə endirilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bundan əvvəl, noyabrın 17-də Ukraynada dörd elektrik yarımstansiyası da hədəfə alınıb. Qeyd olunub ki, Qrabov, Rovno, Çernovtsı və Kamenskoye şəhərlərindəki yarımstansiyalar logistika mərkəzlərini və hərbi-sənaye müəssisələrini elektrik enerjisi ilə təmin edib.

Həmçinin Ukrayna ordusunun maraqları naminə istifadə edilən dəniz gəmiləri, dəmir yolu və liman infrastrukturu obyektləri vurulub.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm