Rusiya mallarının bu türk dövlətinə ixracında rekord: Nə satıblar?
Bizi izləyin

MDB

Rusiya mallarının bu türk dövlətinə ixracında rekord: Nə satıblar?

Rusiya mallarının bu türk dövlətinə ixracında rekord: Nə satıblar?

2026-cı ildə Rusiyadan Özbəkistana ixrac həcm baxımından 60%, dəyər baxımından isə 32% artaraq 1,2 milyard dollara çatıb ki, bu da rekord göstəricidir.

Publika.az bu barədə "Aqroeksport" federal mərkəzi özünün “Telegram” kanalında ekspert hesablamalarına istinadən məlumat verib.

Təqdim olunan məlumatlara görə, Rusiyanın bu postsovet ölkəsinə tədarükünün həcmi yanvar-oktyabr aylarında 1,4 milyon ton kənd təsərrüfatı məhsulu təşkil edib və on ay ərzində bu rəqəm artıq 2025-ci ilin bütün göstəricilərini üstələyib.

Daşkəndin ən çox aldığı 5 məhsul arasında şəkər (274 milyon dollar), soya kotleti və unu (139 milyon dollar), şokoladlı qənnadı məmulatları (93 milyon dollar), günəbaxan yağı (60 milyon dollar) və buğda (52 milyon dollar) yer alıb.

Bundan əvvəl də bildirilmişdi ki, ilin birinci yarısının nəticələrinə əsasən, Özbəkistana Rusiya pivəsinin tədarükünün ümumi dəyəri 2025-ci ilin eyni göstəricisindən yüksək olub.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm