MDB
Krım körpüsünə hücum Rusiyanı silkələdi: Nazir təcili iclas çağırdı - FOTO
Rusiya Krım körpüsünə pilotsuz uçuş aparatları ilə hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlərə başlayıb.
Publika.az xəbər verir ki, Rusiyanın nəqliyyat naziri Dmitri Yadrov bu məsələ ilə bağlı operativ qərargahın iclasını keçirib.
Toplantıda “Rosavtodor”, “Rosmorreçflot” və “Rosjeldor” qurumlarının rəhbərləri iştirak ediblər.
Yadrov bildirib ki, hazırda körpünün avtomobil hissəsində hərəkət müvəqqəti dayandırılıb. Qatarlar isə qrafik üzrə hərəkət edir. Eyni zamanda, əlavə uzaq məsafəli qatarların və şəhərətrafı reyslərin təşkili üzərində iş aparılır.
Nazir əlavə edib ki, zərurət yaranacağı təqdirdə sərnişin və yük daşımaları üçün Kerç bərə keçidindən istifadə olunacaq.
Onun sözlərinə görə, hazırda əsas diqqət sərnişinlərin təhlükəsizliyinə və nəqliyyatın hərəkəti üçün aydın sxemin yaradılmasına yönəldilib. Vətəndaşların operativ məlumat və yardım alması üçün çağrı mərkəzlərinin fasiləsiz fəaliyyəti də təmin edilib.
Qeyd edək ki, noyabrın 17-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Krım körpüsünə növbəti dəfə hücum edib. Nəticədə körpünün konstruksiyalarına ziyan dəyib və keçiddə hərəkət müvəqqəti dayandırılıb. Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı terror aktı maddəsi üzrə cinayət işi açıb.
Müəllif: Adəm

-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR
-
Tarix10:06Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı - FOTO
-
Dünya09:35Tramp Cənubi Çin dənizindəki gərginlik haqda: Bununla məşğul olacaqlar
-
Maraq dünyası09:16Milyarderlər ən çox bu bürclərdən çıxır
-
ABŞ07:47“Nvidia” eks-şefdən yenə imtina etdi



















.jpg)

.jpg)

















