MDB
Rusiyada yaşayan əcnəbilərə pis xəbər
Rusiya hökuməti gələn il xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə 3010 müvəqqəti yaşamaq icazəsinin verilməsi üçün kvota müəyyənləşdirib.
Publika.az xəbər verir ki, bu barədə hökumət müvafiq qərar qəbul edib. Kvota üzrə ehtiyat icazələrin sayı da 1 140-dan 900-ə endirilib.
Ən çox icazə Moskva şəhərinə və Moskva vilayətinə ayrılıb. Bu ərazilər üçün müvafiq olaraq 500 və 250 icazə nəzərdə tutulub. Sankt-Peterburq üçün kvota 100-dən 50-yə, Leninqrad vilayəti üçün isə 50-dən 25-ə endirilib.
Ən az kvota Yəhudi Muxtar Vilayəti, Tuva Respublikası, Xakasiya Respublikası və Kostroma vilayəti üçün nəzərdə tutulub. Bu ərazilərin hər birinə beş icazə ayrılıb.
Kvota hər il miqrasiya vəziyyəti və Rusiyanın regionlarının iqtisadi durumu nəzərə alınmaqla, regional hakimiyyət orqanlarının təklifləri əsasında təsdiqlənir. (Axar.az)
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı






































