Mədəniyyət
Musiqili Teatr 105-ci mövsümü başa vurub
Azərbaycan Dövlət Musiqili Teatrı cari mövsümü başa vurub. Mövsümün son tamaşası dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" komediyası olub.
Teatrın mətbuat xidmətindən Publika.az-a bildirilib ki, 105-ci mövsümün yekunu ilə bağlı keçirilən tədbirdə teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev hesabat xarakterli çıxış edib. Diqqətə çatdırıb ki, yekunlaşdırdığımız mövsüm boyu bir çox uğurlara imza atdıq. Bir sıra tədbirlər keçirtdik, yeni tamaşalar təhvil verdik. Xüsusilə birinci Avropa Oyunları zamanı ölkəmizə gəlmiş qonaqlara göstərdiyimiz xidmətlə fərqlənməyi bacardıq. Hər zaman olduğu kimi bu ildə teatrımızla tamaşaçılar arasında mövcud olan həmrəyliyi qoruyub saxlamaqla yanaşı, bir qədər də inkişaf etdirdik.
Direktor bildirib ki, sentyabrın 10-da 106-cı teatr mövsümünə start verəcəyik. Artıq indidən həmin açılış mərasiminə hazırlaşmağa başladıqlarını vurğulayan Ə.Lalayev bir çox yeni planları, ideyaları olduğunu söyləyib. "İnanırıq ki, 106-cı mövsümdə yeniliklərimizlə, sürprizlərimizlə tamaşaçılarımızı sevindirə biləcəyik", - deyə Əliqismət Lalayev əlavə edib.
Sıravi tamaşaçılarla yanaşı, mötəbər qonaqların da qatıldığı mərasimin sonunda mövsümün son tamaşası – dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" komediyası bir daha alqışlarla qarşılanıb. Qeyd edək ki, tamaşa bu il Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" mükafatına layiq görülüb.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Tamaşada rolları sevimli gülüş ustası, xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa ediblər.
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”