Mədəniyyət
Binəqədinin buz dövrünə aid tapıntıları Los Anceles muzeyində
Binəqədidən tapılan buz (pleistosen) dövrünə aid fauna və flora qalıqları Los Anceles Təbiət Tarixi Muzeyində (LATTM) nümayiş etdirilə bilər.
Publika.az-ın məlumatına görə, muzey rəhbərliyinin bu barədə təklifini AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov səmimiyyətlə qəbul edib. Azərbaycan alimi AMEA-nın Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynovla birgə Los Ancelesin George C. Page Muzeyini ziyarət edib.
GGİ rəhbərliyinin dəstəyi ilə baş tutmuş bir həftəlik səfər zamanı azərbaycanlı qonaqlar geoloji və paleontoloji baxımdan Binəqədi qır gölü ilə eyni xarakterə malik olan La Brea qır gölünü ziyarət ediblər. Belə ki, buz dövründə hər iki ərazidə qır gölü olub. Bir çox qədim heyvan, hətta nəsli kəsilmiş yırtıcılar onu içməli su, üzərinə yapışıb qalmış canlıları isə asan yem mənbəyi hesab edib, min illərlə bu tələnin qurbanı olub. Yapışqan qır onların sümüklərini dövrümüzə qədər qoruyaraq saxlayıb. La Breanın maksimal yaşı 55 min il olduğu halda, Binəqədidəki tapıntılar 100-150 min bundan əvvəlki dövrə aiddir.
Görüş zamanı ABŞ mütəxəssislərinin Binəqədiyə səfəri də nəzərdə tutulub. T.Eybatov LATTM-lə tanışlığı və əməkdaşlıq təklifini yüksək dəyərləndirib. Qeyd edib ki, belə bir əməkdaşlıq Bakıdakı dənizkənarı bulvarda yeni binasının tikintisi nəzərdə tutulan H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin strukturunu və kolleksiyasını formalaşdırmaqda təcrübə baxımından faydalı ola bilər.
Xatırladaq ki, Binəqədi fauna və flora qəbiristanlığı Amerika alimlərinin diqqətini 2011-ci ilin yanvarında ABŞ-ın “Natural History” jurnalında dərc olunmuş məqalədən sonra çəkib. S.Hüseynov və C.Harris tərəfindən birgə yazılmış material hər iki ölkənin sözügedən geoloji-paleontoloji obyektlərini ətraflı təsvir edir, zəngin kolleksiyaları barədə müqayisəli şəkildə məlumat verir.
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi










.jpg)
























