Mədəniyyət
Arzu Əliyevanın filmi ADİU-da nümayiş olunub
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Böyük Vətən Müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin nümayişi keçirilib.
Publika.az-ın xəbərinə görə, Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş sənədli film faşizm üzərində qələbənin 70 illik yubileyinə həsr olunub. Layihənin rəhbəri Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil, rejissoru Robert Maqnerotdur.
Filmdən öncə tarix elmləri doktoru, professor Bəhruz Abdullayev çıxış edərək, faşizm üzərində qələbənin əldə edilməsində Bakı neftinin əvəzsiz rol oynamasından danışıb. Bildirib ki, İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin isə 80 faizi Azərbaycanın payına düşüb. Professor 1941-1945-ci illər müharibəsində azərbaycanlıların qəhrəmanlığından və Bakının böyük təhlükədən şücaətlə müdafiə olunmasından bəhs edən filmin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, sənədli filmin hazırlanmasında müxtəlif ölkələrin arxivlərində qorunan sənədlərdən və tarixi xronikadan istifadə olunub.
ADİU rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi filmdən böyük təəssüratla ayrılıblar.
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi










.jpg)
























