Mədəniyyət
Azərbaycanlı gənc ssenaristin filmi “Hollywood”da - FOTO
Bütün filim yaradıcılarının xəyalı olan “Hollywoodda” 9 mayda gənc azərbaycanlı senarist Fariz İsmayılovun “Ata məni bağışla” (Forgive Me Father) filminin qala baxışı olacaq.
Publika.az-ın məlumatına görə, “Ata məni bağışla” filmi dram janrında IMDbPro şirkəti tərəfindən şəkilib. Bu filimdə Fariz İsmayılov həm də aktyor kimi çəkilibş “Ata məni bağışla” filmi terrorizmə qarşı mübarizəyə həsr olunub və qızğın döyüş səhnələri ilə müşayiət olunan bir həyəcan filmidir.
Qeyd edək ki, Fariz İsmayılov 2006-cı ildə ildə Qafqaz Universitetinin iqtisadiyyat və idarəetmə fakultəsini bitirmişdir. Ancaq kino sənətinə olan marağı və istedadı artıq bu gün onu aparıb Hollywooda çıxartmışdır. Qısa metrajlı “5150 tele filmləri” (2014), Hong Kong Kafesində Bir Gecə” (2015) adlı filmləri ilə tanınır.
Əvvəlki filimlərində isə Fariz əsasən sosial-məişət mövzularına müraciət edib. Beləki, “5150 tele filmləri” aktyor və rejisorların film çəkilişindəki gündəlik fəaliyyətləri və maraqlı anlardan bəhs edən yumor xarakterli səhnələrdir.“Hong Kong Kafesində Bir Gecə” filmi isə bir narkotik alüdəçisinin Hong Kong kafesindəki həyatı və onun qarşılaşdığı müəmmalı insanlarla əlaqəlidir.
Ümumiyyətlə sənətdə ilk addımlarını atan gənc həmyerlimizin qısa zaman içərisində yaradıcılığı çox məhsuldardır, onun artıq 2 ssenari müəllifliyi, 7 aktyor əsəri və 1 prodüserlik fəaliyyəti var.
Qafqaz Universiteti Fariz İsmayılovu mədəniyyət sahəsində “ ilin ən fəal məzunu” seçib.
Universitetdən verilən məlumata görə, həm bu adı almaq, həm də Qafqaz Universitetinin 2015 məzuniyyət tədbirində iştirak etmək üçün Fariz İsmayılovun may ayının son ongünlüyündə Bakıya səfəri də gözlənilir.
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC










.jpg)

























