Mədəniyyət
Ermənilərin daha bir təxribatı
Tarixən müxtəlif xalqların, xüsusilə azərbaycanlıların qədim dövrdə yaradaraq əsrlər boyu qoruyub saxladıqları mədəni dəyərləri oğurlamağa və özünküləşdirməyə cəhd edən ermənilər bu dəfə “Köçəri” milli rəqsimizi öz adlarına çıxarmağa səy göstərirlər.
“Sarı gəlin” Azərbaycan xalq mahnısını özünküləşdirmək
cəhdlərinin qarşısı alınsa da, bundan nəticə çıxarmayan ermənilər
yenə sakit dayanmaq bilmirlər.
Ermənistanın mədəniyyət naziri Azərbaycan oyun havası - “Köçəri”nin
öz ölkəsinin milli dəyəri kimi UNESCO-nun qeyri-maddi mədəni irs
siyahısına daxil edilməsi üçün qurum qarşısında məsələ
qaldıracağını bildirib və bu istiqamətdə artıq canfəşanlığa
başlayıb.
Fransadakı güclü erməni lobbisinin vəsaiti hesabına Parisdə
gündəlik nəşr edilən “Ermənistan xəbərləri“ jurnalının 17 may
tarixli nömrəsində bu məsələ ilə bağlı dərc olunan məqalədə
bildirilir ki, Ermənistanın mədəniyyət naziri Asmiq Boqasyan mayın
16-da Yerevanda keçirdiyi mətbuat konfransında özünü əsl “tarixçi“
kimi qələmə verərək apardığı ciddi araşdırmalardan sonra “Köçəri“
rəqsinin guya erməni xalqına mənsubluğunu sübut edib.
Nazir hətta bir qədər qabağa gedərək bu məsələdə Azərbaycanın güclü
müqaviməti ilə rastlaşacağını, amma bu rəqsin azərbaycanlılara
deyil, ermənilərə mənsubluğunu hər vəchlə sübut edəcəyini
vurğulamaqdan belə çəkinməyib.
O, ötən il lavaşın ermənilərə məxsusluğuna və onun UNESCO-nun
qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün göstərdikləri
cəhddən söhbət açmağı da unutmayıb.
Asmiq Boqasyan guya ermənilərə məxsus abidələrin Azərbaycan və
Türkiyə tərəfindən öz mədəni dəyərləri kimi dünyaya təqdim etmələri
kimi cəfəng fikir söyləməkdən belə çəkinməyib.
Görünür, yalan və böhtan dolu xislətlərinə sadiq qalan ermənilər
bədxah niyyətlərinin həyata keçirməkdə nə yorulmaq, nə də usanmaq
bilir.
Əminik ki, onların budəfəki cəhdləri də baş tutmayacaq və bir daha
dünyada özlərini biabır edəcəklər.
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO










.jpg)
























