Mədəniyyət
Dünya məşhurları Heydər Əliyev Mərkəzində - FOTOLAR/VİDEO
İstirahət günlərində Heydər Əliyev Mərkəzində dünyanın
məşhur sərgilərini izləmək fürsəti var. Belə ki, Heydər Əliyev
Mərkəzi hazırda fərqli mövzularda sərgilər təqdim
edir.
Mərkəzdən Publika.az-a verilən məlumata görə,
ziyarətçilər Mərkəzdə Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin həyat və fəaliyyətini əks etdirən Muzeylə, Azərbaycan
mədəniyyəti və ənənələrini, memarlıq abidələrini əks etdirən
sərgilərlə (“Azərbaycan inciləri: tarixin axarında”, “Mini
Azərbaycan”) tanış ola bilərlər.
Mərkəzdə, həmçinin müxtəlif ölkə və xalqların incəsənət
nümunələri təqdim olunur. Sənətsevərlər burada belçikalı rəssam Vim
Delvuanın əsərlərini, “Qreys Kelli: şahzadə və stil ikonası” və
Türkiyənin görkəmli rəssamlarının sərgilərini izləyə, yapon rəssam
Yayoi Kusama, böyük britaniyalı heykəltəraşlar Toni Kreqqin “Nəzər
nöqtələri” və Aniş Kapurun “Parabolik bükülmə” əsərlərinə tamaşa
edə, “Ceyranlar”, “Gracking art” sərgiləri ilə tanış ola bilərlər.
Ziyarətçilər “Klassik avtomobil sərgisi”ni izləməklə avtomobil
sənayesinin inkişaf tarixinə ekskursiya edəcəklər.
Heydər Əliyev Mərkəzinin daimi ekspozosiyasındakı əsərlər
sırasına daha bir neçə əsər daxil olub. İzləyicilər hazırda
Mərkəzdə Jaume Plensanın “Avtoportret”, Jan-Mişel Otonyelin “Adsız
(Özü taxılan qara boyunbağı)”, Mariko Morinin “Tsiklik-1”
əsərlərini izləyə bilərlər.
Mərkəzdəki Muzey və sərgilər çərşənbə axşamı-cümə günlərində
saat 11:00-dan 19:00-dək, şənbə-bazar günləri saat 11:00-dan
18:00-dək açıq olur. Kassa isə çərşənbə axşamı-cümə günlərində saat
11:00-dan 18:00-dək, şənbə-bazar günləri saat 11:00-dan 17:00-dək
işləyir.
Qeyri-iş günləri ilə əlaqədar isə Heydər Əliyev Mərkəzindəki
Muzey və sərgilər iyunun 26-sı, 27-si və 28-də saat 11:00-dan
18:00-dək işləyəcək. Kassa isə qeyd olunan günlərdə saat 11:00-dan
17:00-dək açıq olacaq.
Biletlər barədə məlumatı Mərkəzin kassasından (tel: 012 505 60 03) və Mərkəzin saytında bilet satış bölməsindən (http://heydaraliyevcenter.az/#26_E-Bilet) əldə etmək olar.
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO










.jpg)







.jpg)
















