Mədəniyyət
Türkiyəli 75 sənətçinin Şəkidə konserti olacaq
Şəkidə Türkiyə Adana vilayəti “Çukurova” dövlət simfonik orkestrinin konserti olacaq.
Publika.az-ın məlumatına görə, konsert 1–10 iyul tarixində şəhərdə keçiriləcək “Şəki Beynəlxalq İpəkyolu Musiqi Festivalı” çərçivəsində baş tutacaq. Səhnəyə 75 nəfərlik heyətlə çıxacaq olan türkiyəli qonaqlar bir çox yerli və xarici film musiqilərini səsləndirəcəklər. Artıq bir neçə gündür məşq edərək konsertə hazırlaşan heyətin bu gün Azərbaycana gələcəyi gözlənilir. Konserti azərbaycanlı drijor Fəxrəddin Kərimov idarə edəcək. Orkestrin bədii rəhbəri Okan Urşan daha əvvəl Türkiyə-Azərbaycan qardaşlığını tərənnüm etmək üçün Adanada konsert verdiklərini, növbəti konsertin isə Şəkidə olacağını deyib. Urşan həmçinin konsertin ölkələrin və şəhərlərin tanıdılması baxımından əhəmiyyət kəsb etdiyini qeyd edib.
-
Elm və təhsil10:18Bu müəllimlərin maaşı arta bilər
-
Region09:18Kremldən Paşinyanla bağlı açıqlama: Yaxın gələcəkdə...
-
Sosial09:00Paytaxtın və iki rayonun bəzi əraziləri işıqsız qalacaq
-
ABŞ08:48Bu adada “çimərlik açarları” yüz minlərlə dollara satılır - Bura iki məşhur ailə “əl qoyub”
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Bu günün havası
-
Magazin206:16“Sibel Can heç kimlə evlənməyəcək, çünki evlidir”
-
İdman05:15İkiqat Azərbaycan çempionu 52 yaşında vəfat etdi
-
ABŞ02:12Tramp ABŞ Kosmik Qüvvələrinin formasını nümayiş etdirdi - FOTO










.jpg)






.jpg)
















.png)




