Mədəniyyət
Canəli Əkbərov: “Həmin gün bütün Avropanın gözü, qulağı Azərbaycana dikilmişdi”
Xalq artisti, ustad xanəndə Canəli Əkbərov ölkəmizdə keçirilən “Bakı 2015” Birinci Avropa Oyunlarının Azərbaycan üçün tarix yazdığını dilə gətirib.
Publika.az-a açıqlama verən sənətkar möhtəşəm tədbirin təsirindən hələ çıxmadığını bildirib:
“Bir azərbaycanlı olaraq ölkəmizdə keçirilən və bütün dünyaya səs salan bu möhtəşəm tədbirin təsirindən hələ çıxa bilməmişəm. Açılışı ekrandan seyr etdim, sevincdən gözüm doldu. Milli-mənəvi dəyərlərimiz, keçmişimiz, tariximiz-hər şey o açılışda necə də gözəl bədii-musiqili formada insanlara çatdırıldı. Simvolik nar dənələrinin səpələnməsi, milli rəqslərimiz, torpağın oyanışı, tonqalın alovlanması, hər şey möhtəşəm idi. Həmin gün bütün Avropanın gözü, qulağı Azərbaycana dikilmişdi. Ölkəmiz bayram təntənəsi yaşadı. Bu unudulmaz anları, günləri bizə yaşadan ölkəmizin prezidenti İlham Əliyev və onun dəyərli xanımı Mehriban Əliyevaya minnətdarıq. Prezidentimiz bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycan güclü, qüdrətli, nüfuzlu bir dövlətdir. Biz dövlətimizlə fəxr edirik”.
Xalq artisti, möhtəşəm tədbir haqqında hələ uzun zaman danışılacağını deyib:
“Bu təkcə idman hadisəsi deyildi, həm də mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, musiqimizin təntənəsi idi. Ölkəmizə təşrif buyuran əcnəbilər öz gözləri ilə bu möhtəşəmliyi gördülər. Avropada da televiziyalar bu hadisəni yayımladı. Hər kəsin bir ağızdan Azərbaycan söyləməsi, ölkəmizdən danışması qürurvericidir. Ulu öndərimizin gözəl sözlərini bu məqamda xatırlamaq istəyirəm: “Mən fəxr edirəm ki, azərbaycanlıyam””.
Cəvahir Səlimqızı
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO










.jpg)







.jpg)
















