Mədəniyyət
Ancelina Coli İkinci Yekaterinanı canlandıracaq
Hollivud aktrisası sevgi macəraları ilə yadda qalan İkinci Yekaterinanı canlandıracaq.
Publika.az xəbər verir ki, tanınmış Hollivud aktrisası Ancelina Coli rus çariçası İkinci Yekaterina haqqında filmdə çəkiləcək. Aktrisa britaniyalı tarixçi Saymon Sebaq Montefiorenin bestsellerini ekranlaşdırmağa icazə alıb. Kitab İkinci Yekaterina ilə Qriqori Potyomkinin sevgisi haqqındadır.
"Mən çox sevinirəm ki, Ancelina məhz mənim əsərimi seçib. Çünki bu, mənim ilk kitabım olub və mən onu çox sevirəm. Yekaterina - unikal qadın obrazıdır. Mən hiss edirəm ki, bu əsəri etibarlı əllərə təhvil verirəm", - deyə Sebaq Montefiore bildirib. Ancelina Coli baş rolu oynamaqla yanaşı, filmin rejissoru və prodüsseri də olacaq.
Qeyd edək ki, Saymon Sebaq Montefiorenin əsəri 2000-ci ildə nəşr edilmişdi. Kitabda rus çariçası ilə Potyomkinin bir-birinə yazdığı və daha əvvəl heç vaxt açıqlanmayan 5 min sevgi məktubu nəşr edilmişdi.
İkinci Yekaterina (Böyük Yekaterina) hakimiyyətdə olduğu dövrdə Rusiya sərhədlərini genişləndirsə də, onun adı tək bununla anılmır. Rus çariçası eyni zamanda şəxsi həyatı ilə daim müzakirə mövzusu olub. Onun Üçüncü Pyotrla nikahı uğursuz olub. Ailəli olduğu vaxtlarda belə onlar başqa insanlarla münasibətlər qurub. 1756-cı ildə Yekaterina ərinin səhhətinin pis olmasından istifadə edərək çevriliş edib və hakimiyyətə gəlib. Rus çariça ömrünün sonunadək - 1796-cı ilədək hakimiyyətdə olub.
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO










.jpg)






.jpg)

















