Mətbəx
Ən həcmli kartoflu xəmir
Publika.az xəbər verir ki, xəmirin tərkibində kartof da var.
Tərkibi:
yarım litr su
1 ədəd iri kartof
3 ç/q quru maya
3 x/q şəkər tozu
1 ç/q duz
təxmini 7 stəkana yaxın un
1 stəkan günəbaxan yağı
Hazırlanması:
Kartofu soyub, xırda doğrayın. Yarım litr suda tam bişənədək qaynadın. Suyunu süzmədən blender və ya püreəzənlə püre halına gətirin. Sonda blinçik xəmiri qatılığında kütlə alınmalıdır. İndi isə xəmiri hazırlamağa başlayın. İlıq kartoflu kütləni bir qaba tökün. üzərinə maya, duz, şəkər tozu və bitki yağının böyük hissəsini (birazını sonda tökmək üçün saxlayın) əlavə edib, qarışdırın. Bir neçə stəkan un da töküb, 30 dəqiqə otaq temperaturunda saxlayın. Vaxt tamam olanda yavaş-yavaş yerdə qalan un və yağı da əlavə edin. Xəmiri öncə qaşıqla sonra qatılaşdıqca əlinizlə yoğurun. Qabın kənarlarını yağlayıb, xəmiri qoyun. Üzərini örtüb, xəmirin tam acımağını gözləyin. Sonra tavada istədiyiniz içlikli pirojok hətta sobada dadlı bulkalar hazırlaya bilərsiniz
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"
-
Region16:45Simonyan: "Biz niyə türklərlə savaşmalıyıq?"
-
Ekologiya16:28Sabah güclü külək əsəcək - Xəbərdarlıq
-
Qarabağ 16:17Müharibə veteranı: Bacımın nəvəsi tankda vurularaq şəhidlik zirvəsinə ucaldı




























.jpg)









.jpg)
