Mətbəx
Mütəxəssis işbazların “ədviyyat oyunu”nu ifşa etdi: İllərlə satılmayan noxudu...
Ədviyyat bazarında bəzən xoşagəlməz hallar yaşanır. İşbazların tələsinə düşməmək üçün bəzi məqamlarda diqqətli olmaq lazımdır. İşbazlar sarıkökə un və illərlə satılmayan noxudu üyüdüb əlavə edirlər. Bunu bilmək üçün 1 stəkan ilıq suya 1 çay qaşığı sarıkök əlavə edirik. Əgər suyun üzərində ağ təbəqə əmələ gəldisə, deməli, sarıkökə un və ya üyüdülmüş noxud əlavə olunub. Ən yaxşı olan sarıkök rəngi xardal rəngində olandır.
Publika.az xəbər verir ki, bu barədə qida texnoloqu Ağa Salamov danışıb. Mütəxəssis bildirib ki, işbazlar sumağa da rəng qatqıları və süpürgə toxumu əlavə edirlər:
“Sumağa toxunduğumuz zaman əlimizə qırmızı rəng çıxarsa və ya 1 stəkan ilıq suya 1 ç/q sumaq əlavə edərkən suyun rəngi qırmızı olarsa, demək ki, ona rəng qatılıb.
Zəfəran adı ilə bəzən bazarda Aspir bitkisi satılır. Zəfəran alarkən həm qiymətinə, həm də kök qisminə diqqət etmək lazımdır. Əsl zəfəran ucuz satılmır və kök qismi (ağ qismi) kəsilir. Onun kök qisminin ağ olduğuna görə rəngvermə xüsusiyyəti yoxdur. Bəzən işbazlar çəkiyə ağırlıq qatmaq üçün kök qismini kəsib atmır.
Duz qaya duzu, dəniz duzu və ya Naxçıvan duzu olsa, istehlak üçün daha faydalı olar. Nəinki tərkibində kimyəvi qatqılar olan süfrə duzu. Ən yaxşısı qaya duzunu əl dəyirmanı ilə üyüdüb xörəklərdə istifadə etməkdir. Qış aylarında gündəlik qida rasionuna 5 qr duz kifayət edir.
Dən istiotdan əl dəyirmanı ilə istifadə etmək və ya dən istiotu ev şəraitində üyüdüb istifadə etmək daha məqsədəuyğundur. İşbazlar bəzən sarıkök kimi, istiotda da undan və ya üyüdülmüş noxuddan istifadə edirlər.
Pul bibərə də rəng qatılır, bunu bilmək üçün 1 fincan ilıq suya 1 ç/q pul bibəri asta-asta əlavə edirik. Əgər suya qırmızı rəng çıxdısa, demək ki, rəng qatılıb. Keyfiyyətli pul bibər fincanın dibinə çökməlidir”.
-
Maraq dünyası14:50Özünü Trampın qızı adlandıran türk ABŞ prezidentinə dolma hazırlayacaq
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
MDB13:38Onun ölümü Putini sarsıtdı: "Rusiyaya sadiq insan idi!"
-
MDB13:26Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA


























.jpg)

.jpg)








