Mətbəx
Bu məhsulları buzxanaya qoymaq olmaz!
Bəzi qidaları dondurmaq olmaz, çünki bu zaman tərkibi və xassələri pisləşir.
Publika.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, diyetoloq Mariyat Muxina xəbərdarlıq edib. “Sputnik” radiosuna müsahibə verən mütəxəssis bildirib ki, dondurulduğu zaman qida dəyərini itirən məhsullar arasında göyərtilər birinci gəlir. Bu zaman onların tərkibində xlorofil məhv olur, vitaminlər itirilir və məhsulların antioksidant fəaliyyəti yox olur.
Həmçinin həkim su ilə zəngin tərəvəzləri, o cümlədən xiyar, pomidor və balqabaq kimi tərəvəzləri dondurmamağı məsləhət görüb. Çünki bu prosedurdan sonra onlar effektvliyini və elastikliyini itirəcək. Bananın da dondurulması məsləhət görülmür, çünki bundan sonra onun dadı otdan fərqlənmir. Ekspert dondurulmuş bananda zülalın strukturunu dəyişmək qabiliyyətinin olduğunu da qeyd edib.
“Dondurulduqda zülal bağları qırılır və onun denaturasiyası baş verir. Mayalanmış süd məhsullarını dondurmaq olmaz, çünki dondurmadan sonra demək olar ki, keyfiyyətsiz kefirə çevriləcək. Pendiri də dondurmaq olmaz, yalnız sobada un məmulatlarında istifadə edilə bilər. Amma bu halda təzə deyil, çünki orqanoleptik xüsusiyyətlərini itirəcək”, - həkim deyib.
Aytən Məftun
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir





































