Milyonçu
İlon Maskdan yeni iddia: Fırıldaqçıdır!
Amerikalı sahibkar İlon Mask "OpenAI" və onun yaradıcısı Sem Altmana qarşı yeni iddia qaldırıb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Onun fikrincə, şirkət 2015-ci ildə yaradılarkən qarşıya qoyduğu məqsəd və vəzifələrə xəyanət edib. Xüsusilə, Mask, "OpenAI"nin qeyri-kommersiya təşkilatından kommersiya təşkilatına çevrildiyini və "bəşəriyyətin xeyrinə təhlükəsizlik və açıqlığa" diqqət yetirməyi dayandırdığını söyləyib.
İddia ərizəsində milyarder Altmanı fırıldaqçı adlandırıb və həmçinin "OpenAI"ni təsis müqaviləsini pozmaqda günahlandırıb.
Qeyd olunur ki, Mask artıq fevral ayında şirkətə qarşı analoji iddia qaldırsa da, iyunda onu geri götürüb.
İlon Mask "OpenAI"nin yaradıcılarından biri olub, lakin 2018-ci ildə direktorlar şurasından istefa verib. 2023-cü ildə Mask "xAI" yeni süni intellekt şirkətini yaradıb.
Adəm Abbaslı
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər














.jpg)




















