Müsahibə
Aydın Əliyev: Gömrüyün büdcədən kənar fondu var - MÜSAHİBƏ/VİDEO
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Mir Şahin Ağayevə
müsahibə verib. O, vətəndaşları maraqlandıran bir sıra mövzulara
toxunub.
- Aydın müəllim, birinci sualım Azərbaycan dövlətinin
iqtisadiyyatının formalaşmasında, yaranmasında, tənzimlənməsində
Gömrük Xidmətinin rolu və bu rolun indiki vəziyyətdə özünü
göstərməsi haqqındadır. Nəzərə alsaq ki, dünyanın bütün
dövlətlərində idxal və ixrac problemi var. Və Azərbaycan da istisna
deyil.
- Bildiyiniz kimi, Azərbaycanın Gömrüyü 1992-ci ildə təsis
edilmişdir. Baxmayaraq ki, bu müddətdən 23 ildən artıq vaxt keçir,
bu vaxtda gömrüyün keçdiyi həyat yolu birmənalı olmayıb. Deyə
bilərik ki, müasir Görmük Orqanının başlanğıcı 1995-ci ilə təsadüf
edir. Bu barədə Ulu Öndərimiz Heydər Əliyev Gömrük Orqanlarının
təsis edilməsinin 5 illiyində 1997-ci ildə demişdir ki, “Gömrük
Orqanları hər bir iqtisadi müstəqilliyin əsas atributlarından
biridir”. Bu çox gözəl bir sözdür. Bu gün də dünyada tanınmış
əcnəbi gömrük mütəxəsisləri beynəlxalq seminar və konfranslarda öz
çıxışlarını Heydər Əliyevin bu sözləri ilə başlayırlar. Gömrük öz
imkanlarına görə, unikal bir orqandır. Çünki, üzərlərinə düşən
vəzifə- həm dövlət büdcəsinin yerinin doldurulması, sərhəddə
cinayətkarlıqa mübarizə, xarici ticarətdə statistikanın aparılması,
ölkənin təhlükəsizliyinin təmin edilməsi və xarici ticarətin
sürətləndirilməsi, asanlaşmasıdır. Böhran isə Görmük Orqanalarının
qarşısında daha ciddi tələblər qoyur. Hazırki vəziyyətdə
çalışmalıyıq ki, sahibkarlara və sərhəddi keçən vətəndaşlara lazımı
şərait yaradılsın. Bundan başqa ixrac əməliyyatları da nəzərə
alınmalıdır.
- Prezident son müşavirədə dedi ki, Gömrük Orqanlarının
dövlət büdcəsinə daha çox vəsait toplanmaq üçün imkanları var. Bu
imkanlar hansılardır və bunlardan necə istifadə
edirsiz?
- Qeyd etmək istərdim ki, öklə başçısının yanında Nazirlər
Kabinetinin 9 ayına həsr olunmuş müşavirədə tamamilə düzgün bir
fikir səsləndi. Azərbaycanda artıq uzun illərdir ki, büdcə Gömrük
Orqanlarının idxalı sayəsində dolur. Burada əsas məsələ idxal
olunan malların gömrük rəsmləşdirilməsi zamanı qiymətləndirmə
məsələsinin düzgün tətbiqidir. Saxlanışda olan malların gömrük
rəsmləşdirilməsinə cəlb olumasıdır. Həmçinin qaçaqmalçılıqla
mübarizə sayəsində. Bilirik ki, əsas vəzifəmizdən biri də
qaçaqmalçılıqla mübarizədir. Bu ilin 9 ayı ərzində gömrüyün
vergitutma bazası idxal malları hesabına həyata keçirilir. İdxal
olunan malların 50 faizindən çoxu qanunvericilikdə nəzərədə
tutulmuş gömrük sahəsində güzəştlərə cəlb olunan mallar olub. Bəzi
sahibkarların imtiyazlardan düzgün istifadə etməməsi isə müəyyən
problemlər yaradır. İdxal olunan mallar ötən il səviyyəsində olsa
da, ümumilikdə vergitutma halları azalıb. Yüngül minik maşınları 2
dəfədən çox, tütün məmulatları küllü miqdarda, sipirtli içki 15,4
milyon manat, şəkər və qənnadı məhsulları 60 milyondan çox, 155
milyondan çox neft məhsullarında verigitutma halları azalıb.
- Bu müşavirədə dövlət başçısı çox ciddi bir ittiham
səsləndirdi. Əslində buna qədər də bu səviyyədə söhbətlər gedirdi.
İctimaiyyətdə, KİV-də və ANS-də. Elə ANS-in efirində biz neçə dəfə
bu mövzunu qaldırmışdıq ki, inhisarçılıq var. Dövlət başçısı isə
bunu sərt bir şəkildə ortaya qoydu. Dövlət Gömrük Komitəsi buna
niyə imkan verir? Və ya Dövlət Gömrük Komitəsi bunun qarşısını niyə
almır?
- Bilirsiz ki, inhisarçılıq məsələləri idxalda da mövcuddur. Daxili
bazar formalaşanda bu kimi amillər mütləq nəzərə alınmalıdır. Buna
səbəb iri şirkətlərin daxili bazarda idxalı zamanı yaratdığı
hegemonluqdur. Məsələn reklam malların idxalında böyük rol oynayır.
Dünyanın bir çox yerlərində başqa sərinləşdirici içkilər istehsal
olunsada hazırda “Coco-cola” və “ Pepsi” əsas inhisarçılardan
birisidir. İnhisarçılığa səbəb maarifləndirmənin aparılmamasıda ola
bilər. Burada bizim də səhvimiz var. Bu nəzərə alınaraq iş
adamlarının arasında bu məsləyə daha ciddi yanaşılacaq. Azərbaycan
bazarı getdikcə sivil formada inkişaf edir. Burada inhisarçılıq
dedikdə bəziləri anlamır ki, artıq bazarda bir sıra dünyada
tanınmış istehsalçıların malları satılaraq nümayəndəlik şəkildə
bura gətirilir. Əgər kimsə nümayəndəliyin hüququna toxunursa və
malı gətirmək istəyirsə, onda idxalçı tərəfindən də tədbirlər
görülə bilər. Əsas işimiz isə buna yol verməmək və şəffaflığın
təmin olunmasıdır. Yəni məqsəd bərabərhüquqlu iqtisadi əlaqələrin
aparılmasıdır.
- Ölkəyə mobil telefonların idxalına nəzarət gücləndirilib.
Xüsusilə də, iPhone avadanlıqlarına. Sosial şəbəkələrdə hətta belə
bir zarafat da yayılmağa başlayıb ki, öz iPhonu-nu xaricdən ölkəyə
gətirirsənsə, artıq bunu etməyə qorxursan. Çünki sənin iPhone-nun
sənin əlindən alınmaq təhlükəsi var. Burda bir balaca zarafat var.
Amma deyirlər ki, “ölüm olsun o zarafata ki, onun içində 5 faiz
həqiqət yoxdur”. Bu tipli zarafatlara münasibətiniz necədir?
Zarafatla yanaşırsız yoxsa ciddi?
- Bilirsiz, bu əsl mənada zarafatdır. Məsələlərdən biri də
qanunvericilikdə fiziki şəxslərə verilən güzəştlərdən düzgün
istifadə etməmək. Mən sadəcə olaraq bir neçə mobil telefonları ilə
bağlı rəqəmləri səsləndirim. Keçən il yanvarın 1-dən ölkəyə
gətirilən bütün mobil telefonlar Rabitə və Texnologiyalar
Nazirliyində qeydə alındı . Ölkəyə idxal olunmuş şirkətlər
tərəfindən rəsmiləşdirilmiş telefonların sayı 100 mindən artıq
olub. Fərdi qaydada isə vətəndaşlar tərəfindən idxal olunan
rəsmləşdirilmiş telefonların sayı isə 1 milyon 515 mindir. Biz
gömrük xidmətində vergi tutmaya nəzarəti gücləndirməliyik və artıq
rəqəmlərin təhlilinə başlamışıq. Mən bu yaxınlarda telefonu
dükandan 800 AZN-ə aldım. Amma təhlil aparada məlum oldu ki, bu
telefon Dubaydan gətirilərsə və gömrükdə vergi ödəyib, ölkəyə daxil
etsə belə bunun satış qiyməti 800 AZN ola bilməz.
- Bəlkə, vətəndaşın qanunun ona verdiyi imkandan yararlana
bilmədiyini rəsməşdirək ki, səhəri gün vətəndaş da küsməsin,
inciməsin.
- Bir şeyi qeyd edək ki, məsələn mobil telefonlar bazarında hazırda
heç bir problem yoxdur. Sadəcə olaraq bəzi mobil telefon satıcıları
bunu bir çıxış yolu kimi tapıblar ki, vergi və rüsumlara cəlb
olunmasın.
-Özlərinə telefon gətirirlər?
- Özlərinə deyəndə, yəni satış üçün telefon gətirirlər. Hazırda
problem tütün məmulatlarının idxalı ilə bağlıdır. Çünki,
qanunvericilikdə hər bir fiziki şəxs özü ilə 3 litr spirtli içki və
600 ədəd (3 blok) siqareti rüsumsuz gətirə bilər. Əsas bu problem
Gürcüstan sərhəddində yaşanır. Bizim sərhəd kəndlərdə yaşayanlar
viza tələb olunmadığı üçün gündə bir neçə dəfə Gürcüstana gedərək,
siqaret alırlar.
- Gəlin Gürcüstan sərhəddində bir az dayanaq. Mən öz başıma
gələn bir əhvalatı danışmaq istəyirəm. Gürcüstana gedən adam qısa
bir vaxt ərzində ora keçə bilir. Amma Azərbaycana gələn adam iki üç
saat vaxt itirir. Bu nə ilə bağlıdır?
- Çünki Gürcüstanda məsələ elə qoyulub. Məsələn, Azərbaycandan
Gürcüstana heç nə aparılmır. Azərbyacana gələrkən isə vergi
rüsumlarından qaçmaq şərti ilə küllü miqdarada mobil telefonlar,
spirtli içkilər, tütün məmulatı və s. gətirilir. Ən böyük problem
isə ərzaq məhsullarının Gürcüstandan Azərbyacana gətiriliməsidir.
Müəyyən olunmuş normalara uyğun olaraq isə şəxsi tələbat üçün hər
adama 10 kiloqram ərzaq məhsulları düşür. Burada söhbət tək
vergidən getmir. Bu ərzaq məhsuludur bunun sertifikatı, alınma
sənədi olmalıdır. Kiminsə həyətyanı sahəsindən alınıb gətirmək
təhlükə yarada bilər. Ərzaq məhsullarının təhlükəsizliyini təmin
etmək üçün qanun-qayda yaratmaq bizim borcumuzdur.
-Aydın müəllim sahibkarların gömrükdən bir narazılğı da
onlardan tələb olunan hazırki dillə desək, qeyri-rəsmi ödənişlərin
tələb olunmasıdır. Belə deyək də, rüşvət istəyirlər. Bu istiqamətdə
hansı tədbirlər görülür və bu narazılıq nə dərəcədə əsaslıdır.
Ümumiyyətlə Gömrük Orqanlarında bu istiqamətdə görülən tədbirlərdə
hansı nəticələrdən danışmaq olar? Məsələn cəza
tədbirləri.
-Azərbaycan qanunvericiliyində hər növ cəza nəzərdə tutulur.
Bununla bağlı ANS –də yayımlanmışdı ki, bizdə Risklərin
İdarəolunması Mərkəzi var. Burada söhbət təkcə riskli yüklərin yox,
əməkdaşların riskli əməllərindən də söhbət gedir. 600-dən yuxarı
videokameralar bütün sərhəd-keçid məntəqələrinə nəzarət edir. Hər
hansı bir müraciətə bu kameralar vasitəsilə aydınlıq gətirilir.
Bununla bağlı məsələlər KİV-də daha çox hallanır. Keçən il
müraciətlər sayəsində aparılan araşdırmaların sayı 1300-dən yuxarı
idi. Bu ilin 9 ayı ərzində isə 1143 araşdırma olub. Qeyd edim ki,
burada əlavə ödənişlərlə bağlı müraciətlər çox azdır. Aparılan
araşdırlamarda məqsəd- şəffaflığın təmin olunmasıdır. Biz
saytımızda avto nəqliyyatda vergi rüsumlarını hesablamaq istəyənlər
üçün şərait də yaratmışıq. Yerində müraciət edənlərdə şikayətlər
daha çox olur.
-Aydın müəllim bayaq biz danışdıq əsassız ödəniş və ya
rüşvət. Bu kimi halların baş verməməsi üçün yəqin ki, o hadisələri
və halları törədən səbəblər aradan qaldırılmalıdır. Dövlət
başçısının son müşavirədəki çıxışında lisenziyalardan da söhbət
getdi. Bu lisenziyaların müəyyən hissəsi elə sizin rəhbərlik
etdiyiniz xidmətə də aidddir. Bu istiqamətdə nələrə hazırlaşırsız?
Dəyişməyə və ya hansı addımlar atmağı planlaşdırırsız?
-Artıq ölkə başçısı tərəfindən qanunvericilikdə bununla bağlı
hazırlanan sənədlər imzalanıb.
-Bəli, lisenziyalar artıq ASAN Xidmətə
veriləcək.
-Belə deyək, Gömrük Orqanarı üçün istər lisenziyalaşdırma, istərsə
də yerlərdə yoxlama mövcud olan əsas poroblemlərdən biri deyil.
Çünki, qanunvericilikdə əsasən biz bir sıra fəaliyyətə lisenziya
veririk. Gömrük məcəlləsi Azərbaycanda dünyada tanınmış, BMT və
Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı
çərçivəsində beynəlxalq gömrük mütəxəsisləri tərəfindən yazılıb.
Lisenziyaların verilməsi də məhz bu məcəllədə nəzərdə tutulub.
Burada lisenziyalar gömrük anbarlarının, rüsumsuz maqazinlərin və
gömrük brokerlərin təsis edilməsi ilə bağlıdır. Gömrük məcəlləsi
Azərbaycanda 4 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində
lisenziya 9 dəfə rüsumsuz gömrük maqazininə, 7 dəfə gömrük
müvəqqəti saxlanc anbarına, 7 gömrük broker fəaliyyəti göstərən
şirkətə verilib. Bu say Azərbaycanda kifayət qədərdir.
-Aydın müəllim, lisenziyalardan danışdıq. İstərdim ki,
cənab prezidentin müşavirədə qeyd etdiyi və yəqin ki, artıq sənəd
şəklində icraata verildiyi, başqa bir iradə haqqında danışaq.
Yoxlamaların dayandırılması. Müəyyən yoxlamalar da var ki, Gömrük
Xidməti olaraq sizin rəhbərlik etdiyiniz qrum həyata keçirir. Cənab
prezidentin çıxışından sonra yoxlamalara qoyulmuş qadağalardan
sonra nə dəyişir? Siz də yəqin yoxlamaları
dayandıracaqsız?
-Gömrük məcəlləsinin 98-ci maddəsinə əsasən Gömrük Orqanları
şirkətlərdə hər hansısa bir imtiyazlardan istifadə edilirdisə, indi
ən çox idxal üzrə əməliyyatları yoxlaya bilərlər. Bu bizdə elə də
çox yayılan bir sahə deyil. Sadəcə keçən il və bu ilin 10 ayı
ərzində bu yoxlamaların sayı 30-a yaxındır. Keçən il 21 yoxlamadan
13 müəssədə heç nə aşkar olunmamışdır.
- Nə yoxlayırsız ki, siz orada? Nəyi aşkar etmək
istəyirsiz?
-İmtiyazlardan düzgün istifadə qaydalarını. Məsələn hər hansı bir
şirkətə idxal zamanı vergidən yayınır, imtiyazlardan düzgün
istifadə etmir. Keçən il 600 min manatadan artıq vergidən yayınma
tutularaq dövlət büdcəsinə keçirilmişdir.
- Yəqin ki, bundan sonra olmayacaq bu
yoxlamalar?
- Onda rəsmləşdirmə zamanı daha da diqqətli olmalıyıq. Yüklərin
yerlərinin düzgün təyininə fikir verməliyik.
- İstəyirəm söhbətimizin bu yerində Dövlət Gömrük
Xidmətində çalışan əməkdaşların maaşları barədə də soruşum. Çünki,
bir qayda olaraq, bizdə belə bir təsəvvür yaranır ki, adətən normal
maaş alan adamın rüşvətə meyli olmur.
- Bilirsiz ki, Gömrük Xidmətini formalaşdırma və işinə yenidən
baxma 1995-ci ildən başlayıb. Ulu Öndər Heydər Əliyevin
prezidentliyi dövründə və indi İlham Əliyev də Gömrük Orqanlarının
maddi bazasını həmişə diqqət mərkəzində saxlayıb. Gömrük
Orqanlarında əməkdaşlar arasında vəzifə maaşı dəflərlə qalxıb.
Əməkdaşların həvəsləndirilməsi üçün ölkə başçısı tərəfindən bir
neçə il bundan əvvəl tədbir keçirilib. Bundan əlavə gömrüyün
büdcədən kənar özünün fondu var. Bu Gömrük rəsmləşdirilməsinin
büdcəyə çatan pulları deyil. Fonddan hər ay əməkdaşlarımızın
maaşının üstünə onların əmək haqqlarının 200 faizi əlavə olunur.
Buna 1 və 3 ildən sonra yenidən baxılır. Fəaliyyətləri ilə əlaqədar
30 faizə yaxın əlavələr olunur. Bundan əlavə Gömrük Hospitalı
fəaliyyət göstərir. Plastik əməliyyatları çıxmaq şərtilə Gömrük
Orqanları əməşdaşları üçün orada tibbi xidmət pulsuz göstərilir.
Dili bilmək və başqa xüsusi bacarıq da məvacibi artırır. Bütün bu
şərtlər imkan verir ki, Gömrük Orqanı əməkdaşı öz fəaliyyətini
təmiz bir şəkildə həyata keçirtsin. 90-ci illərin sonundan isə
qaçaqmalçılıq sahəsində qanunsuz malı aşkar edən, təhqiqatı və
istintaqı aparan gömrük əməkdaşı sonuncu nöqtədə yəni, əməliyyat
sonunda əldə olunnan malın müəyyən faizini qanunvericilik əsasında
1,75 faizini bu işdə iştirakı olunanalara verilir.
-Azərbaycan dövlətinin təmizliyi və halallığı rəhmətlik
Heydər Əliyev demişdi “Gömrükdən başlayır”. Əgər təmizliklə,
hallalıqla ora girilərsə, onda ölkənin təmiz və halal yaşaması üçün
şərait var. Təşəkkür edirəm Aydın müəllim. Ümid edirəm ki, Heydər
Əliyevin bu sözlərini Gömrük Xidmətinin ən sıravi əməkdaşından
tutmuş siz rəhbərə kimi hamınız yadınızda
saxlayacaqsız!
- Çox sağ olun.
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı