Yaxın Şərq
Bu iddia DÜNYANI SİLKƏLƏYƏCƏK: Kimlər öldürülməli idi? - Sui-qəsd planlarının ŞOK DETALLARI
İran əleyhdarı bəzi iş adamları İran iqtisadiyyatını çökdürmək üçün hazırladıqları plan çərçivəsində təxminən 2 il əvvəl Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Səudiyyə Ərəbistanından olan səlahiyyətlilərlə görüşüblər.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın “Nyu-York Tayms” nəşri bildirib.
Xəbərə görə, səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətindən sonra vəzifəsindən kənarlaşdırılan vəliəhd şahzadə Məhəmməd ibn Salmanın yüksək vəzifəli məsləhətçilərindən biri, kəşfiyyat səlahiyyətlisi general Əhməd əl-Assiri sözügedən toplantıda iranlı səlahiyyətlilərə sui-qəsd planlarını dilə gətirib. Nəşr qeyd edir ki, Livan əsilli amerikalı iş adamı və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl-Nəhyanın məsləhətçisi George Naderin təşəbbüsü ilə hazırlanan planda İran iqtisadiyyatına qarşı təxribat hədəflənirdi. İddiaya görə, Nader bu planı həm şahzadə Məhəmmədlə müzakirə edib, həm də Ağ Ev səlahiyyətlilərinə təqdim edib.
Bildirilir ki, bu planın digər ayağı ölkənin kəşfiyyat və təhlükəsizlik orqanları ilə sıx əlaqələri olan israilli iş adamı Joel Zamel idi.
ABŞ-da 2016-cı ildə prezident seçkilərini demokrat namizəd Hillari Klintonun qazanacağını düşünən Zamel və Nader planlarını Belçikada keçirdiyi bir toplantıda Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının səlahiyyətlərinə açıqlayıblar. Ancaq seçkilərdə Donald Trampın qələbə qazanmasının ardınca, Nader və Zamel Nyu-Yorka gedərək Trampın adamlarına və səudiyyəli generallara planlarından bəhs edirlər. Bir oteldə keçirilən görüşdə Əhməd Əl-Assiri də iştirak edirdi.
Nader Trampın rəsmi olaraq 2017-ci ilin yanvarında vəzifəsinə başlamasından sonra Ağ Ev səlahiyyətliləri ilə sıx-sıx görüşməyə davam edir.
2017-ci ilin martında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda daha bir görüş keçirilir. Aralarında Əhməd Əl-Assirinin də olduğu yüksək vəzifəli səudiyyəli səlahiyyətlilər İran İnqilabı Keşikçilər Korpusunun (SEPAH) “Qüds Gücü” elit birliyinin komandiri Kasım Süleymani və Səudiyyə Ərəbistanının düşməni hesab edilən daha birinin öldürülməsi niyyətlərini ortaya qoyurlar. Lakin daha sonra vəkilləri ilə danışan iş adamları heç bir sui-qəsddə iştirak etməyəcəklərini bildirirlər.
Qaşıqçı cinayəti ilə bağlı istintaqı yaxından izləyən səudiyyəli bir səlahiyyətli nəşri şərhində Assirinin sui-qəsd planlarının Səudiyyə Ərəbistanının rəsmi siyasətini əks etdirmədiyini bildirib. Ancaq “Nyu-York Tayms”ın ələ keçirdiyi elektron məktublarda Naderin Assiri ilə görüşdüyü vaxtlarda, Məhəmməd bin Salman ilə də görüşdüyü aydın olur.
Ömər
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı