Yaxın Şərq
Türkiyənin düşməni darmadağın edəcək ƏMƏLİYYAT PLANI AÇIQLANDI: Amerika əsgərləri...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində terror təşkilatlarına qarşı əməliyyata başlayacağı barədə bəyanatı ilə regionda hərəkətlilik artıb.
Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, Suriya ilə sərhədə hərbi texnika və xüsusi təyinatlı dəstələr göndərən Türkiyə Suriyadakı müttəfiqlərini də əməliyyata hazırlayır.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələri üç gün əvvəl Azad Suriya Ordusuna (ASO) 14 min nəfərlik qüvvə ilə “əməliyyata hazır olun” təlimatı verib. ASO rəhbərliyindən döyüşçülərin silah-sursat və hərbi avadanlıqla təchiz edilərək hazır vəziyyətə gətirilməsi istənilib.
Uzun müddətdir Fəratın şərqində əməliyyatın keçirilməsini istəyən ASO hazırlıqları dünən tamamlayıb. Hazırlanan 14 minlik güc cəbhənin önündə döyüşəcək. Əməliyyatın başlanması ilə bu sayın artacağı bildirilir.
“Yeni Şəfəq”in yazdığına görə, əməliyyat planının müəyyən detalları da məlum olub. Əməliyyatın ilk mərhələsində PKK/YPG terror təşkilatının strateji nöqtələri vurulacaq. Kəşfiyyat tərəfindən müəyyənləşdirilən mövqelər, keçid marşrutları, lojistik və koordinasiya mərkəzləri əvvəlcə havadan məhv ediləcək, ardında quru gücləri ilə təmizlənəcək. 100 kilometrlik ərazinin terrorçulardan çox qısa müddətdə təmizlənəcəyi bildirilir.
Əməliyyatın Fərat şərqində çox strateji nöqtə olan Tel Abyad-dan başlayacağı gözlənilir. Əməliyyatın keçirildiyi bölgədə olan Amerika hərbçilərinə isə “bazalardan və nəzarət müşahidə məntəqələrindən çıxmayın! xəbərdarlığı ediləcək.
Ömər
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
























.jpg)











.jpg)

.jpg)