Yaxın Şərq
100 il əvvəlki PLAN: Üçlük “xüsusi xəritə”ni Türkiyəyə gətirir – ŞOK DETALLAR
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton, Baş Qərargah rəisi Cozef Danford və Suriya üzrə xüsusi nümayəndə Ceyms Cefrinin sabah Türkiyədə olması gözlənilir.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, səfər zamanı ABŞ-ın Suriyadan çəkilmə qərarından sonra Suriyada qurulacaq yeni nizamla bağlı müzakirələr aparılacaq.
Sözügedən səfər öncəsi isə Con Bolton İsraildə Ankarada etirazla qarşılanacaq bir bəyanat verdi. Boltonun sözlərinə görə, Ankara Vaşinqtonla tam əməkdaşlıq etmədiyi müddətdə Türkiyənin Suriyada hər hansı bir hərbi əməliyyat keçirməsini istəmirlər. PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə işarə edən Bolton Türkiyənin “kürdləri qorumaq üçün zəmanət verəcəyi halda” Suriyadan çəkiləcəklərini, bunun prezidenti Donald Trampın istəyi olduğunu bildirib.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın əsas hədəfin , İŞİD və PKK/PYD/YPG terror təşkilatları olduğunu deyib. Onun sözlərinə görə, bir terror təşkilatının kürdləri təmsil etdiyini irəli sürmək, hər şeydən əvvəl kürd qardaşlara hörmətsizlikdir.
ABŞ mətbuatının yazdığına görə, amerikalı bir səlahiyyətliyə görə, qoşunların Suriyadan çəkilməsi ilə bağlı hər hansı təqvim müəyyən edilməyib. O əlavə edib ki, Tramp həftələr içində əsgərlərin bölgədən çəkiləcəyinə dair əlaqədar şəxslərdən zəmanət alıb. Lakin ötən gün ABŞ prezidentinin bəyanatı mövzu ilə bağlı qeyri-müəyyənliyi artırdı. Tramp “əsgərimiz Suriyadan çəkilir, amma bunun tez olacağını əsla söyləmədim” deyib.
ABŞ mətbuatı isə amerikalı nümayəndə heyətinin çantasında “xüsusi xəritə”nin olacağını yazıb. Amerikalı səlahiyyətlilərin, “Yeni Sykes-Pikot” razılaşması adlandırdıqları təktərəfli xəritəyə Türkiyənin qətiyyən müsbət yanaşmayacağı və qəbul etməyəcəyi bildirilir. Xəritənin Türkiyə tərəfinə hələ rəsmən təqdim edilmədiyi deyilir.
"Kiçik Asiya andlaşması" adlanan "Sykes-Pikot” razılaşması Britaniya diplomatı Mark Saykes və fransalı Frensis Corc-Pikot tərəfindən tərtib olunub. Rusiyanın da razılığı alındığı və 9-16 may 1916-cı il tarixlərində razılaşdırılan “Sykes-Pikot”un məğzi Yaxın Şərqdə Osmanlı ərazilərinin Britaniya və Fransa tərəfindən bölüşdürülməsi idi. Ancaq bu anlaşmanın ən pis tərəfi o idi ki, bölgü ingilis və fransız diplomatları tərəfindən xəritə üzərindən aparılırdı, bölgüdə yerli xalqların təmsilçiləri iştirak etmirdi, onların rəyi alınmamışdı belə. Bölgü sırf müharibə şəraitində işğal olunan və ya olunacaq ərazilərin iki qalib imperiya tərəfindən bölüşdürülməsi idi.
Ömər Dağlı
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi