Yaxın Şərq
Əsədin Türkiyə ilə bağlı ŞOK VƏDİ: PKK ilə gizli toplantının detalları MƏLUM OLDU
ABŞ-ın “Suriyadan çəkilirik” qərarından sonra PKK terror təşkilatı Dəməşq ilə görüşləri intensivləşdirib.
Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, təşkilat Bəşər Əsədin nümayəndələri ilə son görüşünü yanvarın 6-da Rakka şəhərində keçirib.
Məlumata görə, Suriya kəşfiyyatı “El-Muhaberat”ın başçısı Əli Məmlükün rəhbərlik etdiyi heyət Rakkaya gələrək PKK liderləri ilə terrorçuların nəzarətində olan bölgələrin Dəməşqə təslimi barədə müzakirələr aparıb. Nəşrin iddiasına görə, Əli Məmlük Dəməşqin Münbiç və Qamışlıdan Cerablus sərhədinə qədər olan bölgəni təhvil almağa hazır olduğunu söyləyib və aşağıdakı şərtləri irəli sürüb.
- PKK üzvləri bütün silahlarını Dəməşq hakimiyyətinə təhvil versin.
- Hərbi xidmət yaşına çatanlar Suriya ordusuna qatılsın.
- Təhvil-təslim sonrası yüksək vəzifəli PKK üzvlərinə vəzifələr verilə bilər.
- Bu şərtlər qəbul ediləcəyi halda, Qamışlı, Ayn əl-Arab, Ayn İsa və Rəsulayn başda olmaqla, bütün bölgələrə Suriya ordusu hərəkət edəcək.
Görüşdə iştirak edən PKK qanadı isə rejim nümayəndələrinə aşağıdakı şərtləri təqdim edib:
- Mərkəzi Qamışlı olmaqla, muxtar bölgə tələbinin qəbul edilsin.
- İran, İraq və Türkiyə kimi qonşu ölkələrdən təşkilata qatılanlara vətəndaşlıq və Suriya pasportunun verilsin.
- Rakka, Deyr-ez-Zor və Tel Abyadı tərk edilməsi mövzusunda hər hansı bir problem olmayacaq, ancaq Hasekedə hasil edilən neft və təbii qazdan pay verilsin.
Təxminən 8 saatdan çox davam edən müzakirələrdən sonra PKK qərar vermək üçün vaxt istəyib. “El Muhaberat”ın şefi PKK-nın şərtləri qəbul edəcəyi halda, Suriyanın yeni Konstitusiyasında kürdlərə bəzi müstəsna hüquqların veriləcəyini vəd edib, həmçinin Rusiyanın da Türkiyəni “işğal altındakı ərazilər”in rejimə təhvil verilməsi mövzusunda razı sala biləcəyini bildirib.
Ömər
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi







.jpg)



























.jpg)


