Yaxın Şərq
Türkiyəni fətva ilə vuracaqlar: 4 dövlətin XAİN PLANI ORTAYA ÇIXDI
ABŞ-ın çətiri altında Suriyaya hərbi birliklər göndərən, amma istədiklərini əldə edə bilməyən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir fətvadan istifadə etməyə başlayıb.
Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, bu ölkələrdən maliyyə dəstəyi alan “Heyət Təhrir üş Şam” (HTS) təşkilatı Türkiyənin Suriyadakı müttəfiqi Azad Suriya Ordusunu “mürtəd” (dinindən dönən – red.) elan edərək İdlibə hücumlarını artırıb.
İdlib şəhərində terror-aktları həyata keçirən təşkilat şəhər ətrafındakı kəndləri ələ keçirib. Rusiya və Türkiyə arasında imzalanan Soçi razılaşması ilə təhlükəsiz zona elan edilən vilayətə hücumların artması bu iki ölkə ilə yanaşı, İranın da yer aldığı Astana formatına zərbə hesab olunur.

“Yeni Şəfəq” nəşrinin yazdığına görə, ABŞ-ın planlarına uyğun olaraq hərəkətə keçən güclər Münbiç və Fəratın şərqində əməliyyata hazırlaşan Türkiyənin diqqətini Fəratın qərbinə - İdlibə çəkmək, Rusiyanın dəstəklədiyi Bəşər Əsəd rejiminin bölgəyə hücumlarına zəmin yaradaraq Türkiyə-Rusiya ittifaqını, bununla da Soçi razılaşmasını pozmaq, Türkiyəni növbəti qaçqın dalğası ilə vurmaqdır.
Məlumata görə, ABŞ-PKK ittifaqı tərəfindən İdlibə göndərilən yüzlərlə İŞİD-şi hazırda “Heyət Təhrir üş Şam”ın sıralarında döyüşür. Bu vəziyyət isə İdlibdə genişmiqyaslı terror aktları və təxribatlara yol açır.
Qeyd edək ki, hazırda Soçi razılaşmasına uyğun olaraq Türkiyə İdlib vilayətində nəzarət-müşahidə məntəqələri qurub.
Ömər
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?













.jpg)





.webp)







.jpg)








